Heydər Əliyev Mərkəzi
ilə tanışlıq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
7-də Kürdəmirə səfəri çərçivəsində
Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə
tanış olmuşdur.
Dövlət
başçısına məlumat verildi ki, Mərkəzin yerləşdiyi Heydər
Parkı Kürdəmir şəhər sakinlərinin üz tutduqları ən sevimli
məkanlardan biridir. Burada yerli
əhalinin və qonaqların istirahəti üçün
hər cür şərait
yaradılmışdır. Ərazidə aparılan kompleks yenidənqurma, abadlaşdırma və
yaşıllaşdırma işləri bu
məkanı Kürdəmirin ən gözəl yerlərindən
birinə çevirmişdir.
Azərbaycan Prezidenti mərkəzdə fotoguşələrə
baxdı.
Mərkəzdə ulu öndər Heydər Əliyevin möhtəşəm
portreti diqqəti cəlb edir.
Burada ümummilli liderin və Prezident İlham Əliyevin Kürdəmir rayonuna müxtəlif dövrlərdə səfərlərini
əks etdirən fotoguşələr xüsusi
zövqlə tərtib olunmuşdur. Nümayiş etdirilən fotolarda ulu öndərin uşaqlıq, yeniyetməlik,
tələbəlik dövrü, Dövlət
Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan
Kommunist Partiyasının birinci
katibi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu
dövrləri, 1990-1992-ci illərdə
Naxçıvandakı fəaliyyətini və sonradan Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərin
ayrı-ayrı məqamları geniş
işıqlandırılmışdır. Dahi
rəhbər Heydər Əliyev bütün
mənalı və şərəfli ömrünü,
özünün də dediyi
kimi, Azərbaycan xalqına
bağışlamışdır. Buradakı eksponatlar və fotolardan da aydın görünür
ki, müasir Azərbaycan
tarixinin çox mühüm və taleyüklü
səhifələri məhz dünya
şöhrətli siyasi xadim
Heydər Əliyevin adı ilə bağlıdır. İkinci mərtəbədə ekspozisiya zalı və müxtəlif tədbirlərin
keçirilməsi üçün
30 nəfərlik konfrans zalı vardır.
Burada həmçinin ümummilli
liderin zəngin irsini
təbliğ etmək üçün tədris
otağı yaradılmışdır.
Dövlət
başçısına məlumat verildi ki, Heydər Əliyev Mərkəzinin
inşasına ötən ilin iyulunda başlanılmış, bu ilin iyulunda
başa
çatdırılmışdır. Ümumi
sahəsi 2524 kvadratmetr olan
mərkəzin üçmərtəbəli binasında ulu öndər Heydər Əliyevə aid kitablar və müxtəlif tarixi sənədlər də sərgilənir.
Mərkəzin elektron kitabxana,
tədris, poeziya otaqları, 300 nəfərlik
akt zalı, xarici dil kursları da ən müasir səviyyədə tərtib olunmuşdur. Burada rəqs,
heykəltəraşlıq, xalçaçılıq dərnəkləri,
rəsm studiyası, 3D kinozalı, internet kafe və fotostudiya fəaliyyət
göstərir. Bir sözlə, mərkəzdə
ulu öndər Heydər Əliyevin zəngin
siyasi irsinin hərtərəfli
təbliği üçün geniş şərait
yaradılmışdır.
AzərTAc
Azərbaycan. - 2013.- 8 avqust.- S. 1.