Kürdəmir Rayon İcra Hakimiyyətinin
yeni inzibati binası
istifadəyə verilmişdir
Avqustun 7-də Kürdəmir Rayon İcra Hakimiyyətinin
yeni inzibati binası
istifadəyə verilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev binada
yaradılmış şəraitlə tanış olmuşdur.
Məlumat verildi
ki, binanın inşasına 2011-ci ilin sentyabrında başlanılmış, bu ilin iyulunda
sona çatdırılmışdır. Müasir memarlıq üslubunda
inşa olunan bina həm də rayonun
görkəminə xüsusi gözəllik
verir. Sahəsi 4 min kvadratmetr olan ikimərtəbəli
bina bütün
lazımi avadanlıq və sistemlərlə təchiz edilmişdir. Binanın interyeri
yüksək zövqlə tərtib olunmuş,
otaqların hamısı müasir tələblər
səviyyəsində qurulmuşdur. Burada ümumilikdə 30 iş
otağı vardır.
Foyedə ölkəmizin
inkişafında əvəzsiz xidmətləri olmuş ulu öndər
Heydər Əliyevin büstü qoyulmuşdur. Burada həmçinin
ümummilli lider Heydər
Əliyevin və Prezident İlham
Əliyevin fəaliyyətlərini əks etdirən fotoguşə
yaradılmışdır. Fotoguşələrdə ümummilli liderin və
dövlət başçısı İlham
Əliyevin Kürdəmir rayonunda müxtəlif
illərdə keçirilən tədbirlərdə
iştiraklarını əks etdirən şəkillər böyük maraq doğurur.
Prezident İlham
Əliyev otaqlarda yaradılan şəraitlə
tanış oldu. Otaqların
hamısında işçilərin normal
fəaliyyəti üçün hərtərəfli
imkan yaradılmışdır. Vətəndaşların
qəbulu otağında da hər cür şərait vardır.
Dövlət
başçısı akt zalına da baxdı. Ən müasir
standartlar səviyyəsində qurulan 250 yerlik zal akustika sistemi
ilə təchiz olunmuşdur. Burada müxtəlif tədbirlər
keçiriləcəkdir.
Prezident İlham
Əliyev yeni inzibati
binanın operativ idarəetmə mərkəzi
ilə tanış oldu. Mərkəzdə
kənd icra nümayəndəlikləri
ilə birbaşa canlı bağlantı yaratmaq mümkündür.
Konfrans zalı ilə
tanış olan dövlət
başçısına məlumat verildi ki, bu zal
da bütün
lazımi inventar və avadanlıqla təchiz
edilmişdir. İcra
hakimiyyətinin yeni inzibati
binası həm də rayonun simasına yeni görkəm verir.
Binanın ətrafında geniş yenidənqurma
işləri aparılmış, ətraf
abadlaşdırılmışdır.
Prezident İlham
Əliyev yaradılmış şəraitdən
razılığını bildirdi, əhaliyə
yüksək xidmət göstərilməsi ilə
bağlı tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan. - 2013.- 8 avqust.- S. 2.