Ürəyimizdən
xəbər verir
Dövlət başçısına
minnətdarlıq
Redaksiyamıza Cəlilabad
rayonunun bir qrup sakini adından Azərbaycan
Prezidenti İlham
Əliyevə ünvanlanmış teleqramın surəti daxil olmuşdur. Teleqramda deyilir:
Hörmətli cənab İlham Əliyev!
Biz cəlilabadlılar
ölkəmizin dinamik sosial-iqtisadi
inkişafına, o cümlədən rayonumuzun tərəqqisinə göstərdiyiniz
diqqət və qayğıya görə Sizə minnətdarlığımızı
bildiririk!
Çox sağ
olun ki, Siz bütün rayonlar kimi, Cəlilabadın
da iqtisadi
inkişafına və sosial problemlərinin
həllinə böyük önəm verirsiniz. Sizin rayonumuzun bütün
sahələr üzrə inkişafına, yaşayış məntəqələrinin
abadlaşdırılmasına, əhalinin maddi
rifah halının
yaxşılaşdırılmasına göstərdiyiniz
kömək hər bir cəlilabadlı tərəfindən
yüksək dəyərləndirilir.
Sizin 5 avqust 2013-cü il tarixli sərəncamınızla 20 min əhalinin yaşadığı 23
yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd
avtomobil yolunun
tikintisinə 2 milyon manat
vəsaitin ayrılması da hər bir rayon sakininin,
xüsusən, həmin ərazidə yaşayanların ürəyindən
xəbər
verdi.
Biz bu sərəncamı cəlilabadlılar
üçün həm də ən böyük Ramazan hədiyyəsi
kimi qəbul edir və bunun üçün Sizə dərin
minnətdarlığımızı bildiririk!
Cəlilabad sakinləri
adından:
Rahib Kərimov, Əliheydər
Əsədov, Mirağa Salmanov, Sənan Dövlətov, Tahir Əhmədov, Əlövsət Nəcəfov, Salman Həsənov,
Böyükxan Bağırov, Qələmhüseyn Nəzərov,
Mirəziz Ağalarov
cəmi: 600 nəfər
Azərbaycan. - 2013.-
8 avqust.- S. 3.