Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

 

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, III kitab, maddə 586, ¹12, maddə 835; 2001, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 9, ¹ 5, maddələr 237, 240, 244, ¹ 8, maddə 463; 2004, ¹ 6, maddə 399; 2005, ¹ 4, maddə 278; 2006, ¹ 11, maddə 929; 2007, ¹ 8, maddə 756, ¹ 11, maddə 1049, ¹ 12, maddələr 1197, 1218; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddələr 602, 607; 2010, ¹ 3, maddə 171, ¹ 4, maddə 275, ¹ 7, maddə 591; 2011, ¹ 2, maddələr 70, 71, ¹ 6, maddə 473, ¹ 7, maddə 600, ¹ 12, maddə 1107; 2012, ¹ 5, maddə 406, ¹ 12, maddələr 1056, 1063) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 166-cı maddə aşağıdakı redaksiyada verilsin:

 

"Maddə 166. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzanın icrası qaydası

 

166.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda tətbiq edilir.

 

166.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzaya məhkum edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində təyin edilmiş əsas cəzanı icra edən orqanya müəssisə müəyyən edilmiş əsas cəza müddətinin bitməsinə iki ay qalmış, əsas cəza növü kimi cərimə cəzası təyin edildikdə isə cəzanın icraya yönəldilməsinə dair göstəriş daxil olduqdan dərhal sonra əlavə cəzanı icra edən orqana müvafiq hökmün surətini, məhkum, onun mənsub olduğu dövlət, cəzanın icrası (cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri, vaxtından əvvəl azad edilməsi və digər), cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi vəziyyəti barədə məlumatları təqdim edir.

 

166.3. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs əsas cəzasını çəkib qurtardığı və ya müəyyən olunmuş qaydada cəzadan azad olunduğu gün əsas cəzanı icra edən orqanya müəssisənin nümayəndəsinin müşayiəti ilə əlavə cəzanı icra edən orqana təhvil verilir.

 

166.4. Şəxsiyyətini təsdiq edən sənədi olmayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs əlavə cəzanı icra edən orqana əsas cəzanı icra edən orqanya müəssisə tərəfindən təqdim olunan azadetmə haqqında fotoşəkilli arayış əsasında təhvil verilir.

 

166.5. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzaya məhkum edilmiş şəxsin şəxsiyyətinin dəqiqləşdirilməsinə ehtiyac yarandıqda, əsas cəzanı icra edən müəssisə və ya orqan tərəfindən verilən məlumat əsasında əlavə cəzanı icra edən orqan Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq tədbirlər görür.

 

166.6. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzaya məhkum olunmuş şəxslər 48 saat ərzində Azərbaycan Respublikasının ərazisindən çıxarılmalıdır. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının tətbiqi ilə bağlı sənədləşmə yubandıqda və ya çıxarılma haqqında qərarın vaxtında icrasına mane olan digər üzrlü səbəb olduqda şəxsin saxlandığı yer üzrə birinci instansiya məhkəməsi həmin cəzanı icra edən orqanın əsaslandırılmış təqdimatı əsasında çıxarılma müddətinin uzadılması məsələsinə baxır.

 

166.7. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının icrasından yayınmaqla hökmün icrasından boyun qaçıran əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan qaydada tutulurhökmün icrası təmin edilir.

 

166.8. Bu Məcəllənin 166.7-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza icra edilənədək məhkəmənin qərarına əsasən qanunla müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilirlər.

 

166.9. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılan şəxs barədə cəzanı icra edən orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən yazılı məlumatlar göndərilir. Məhkum Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılarkən, Azərbaycan Respublikasının sərhəd nəzarət məntəqələrinədək cəzanı icra edən orqanın əməkdaşları tərəfindən müşayiət olunur və dövlət sərhədinin buraxılış məntəqələrində müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına təhvil verilir.

 

166.10. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma xərclərini məhkumun özüya onun mənsub olduğu dövlətin diplomatikkonsulluq nümayəndəlikləri ödəyirlər. Göstərilən qaydada ödəmənin mümkün olmadığı hallarda məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma xərclərini müvafiq icra hakimiyyəti orqanı ödəyir.

 

166.11. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının tətbiqindən irəli gələn digər məsələlər bu Məcəllədə nəzərdə tutulan müddəalara zidd olmamaq şərti ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq həll edilir.".

 

2. 174-cü maddənin mətni 174.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 174.2-ci maddə əlavə edilsin:

 

"174.2. Məhkum edilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cəza çəkməkdən azad edildikdə cəzanı icra edən orqan həmin şəxslərin Azərbaycan Respublikası ərazisində olmalarının hüquqi əsaslarını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat verir. Bu məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı həmin şəxslərin Azərbaycan Respublikasında qalması və ya Azərbaycan Respublikasının ərazisindən kənara çıxarılması məsələsini həll edir.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 iyun 2013-cü il

 

Azərbaycan. - 2013.- 8 avqust.- S. 4.