«Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında» Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli
684-IVQD nömrəli qanununun tətbiqi və
«Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və
bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə» Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli
684-IVQD nömrəli qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
"Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. üç
ay müddətində Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların "Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını
təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
3. "Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli
389 nömrəli fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, III kitab,
maddə 612; 2001, ¹ 7, maddə 462, ¹ 10, maddə 640, ¹ 12, maddə
755; 2002, ¹ 1, maddə 49, ¹ 5, maddələr 260, 275, ¹ 8, maddələr
478, 484, 486; 2003, ¹ 6, maddə 299, ¹ 8, maddə
434, ¹ 9, maddə 478, ¹ 10, maddələr 546, 547, 560, 571, 582;
2004, ¹ 1, maddələr 19, 26, ¹ 3, maddələr 138, 141, ¹ 4,
maddə 235, ¹ 5, maddələr 340, 341, 343, 345, 346, ¹ 8, maddələr
607, 608, ¹ 11, maddə 909, ¹ 12, maddə 1005; 2005, ¹ 2, maddələr 67, 69, ¹ 4, maddələr 299,
303, ¹ 8, maddə 702, ¹ 9, maddələr 801, 802, ¹ 12, maddə
1101; 2006, ¹ 2, maddə 83, ¹ 4, maddələr 321, 322, ¹ 5, maddə
407, ¹ 7, maddə 590, ¹ 8, maddələr 662, 663, 674, 675, 679, ¹ 9,
maddə 743, ¹ 11, maddələr 942, 945; 2007, ¹ 1, maddə
11, ¹ 2, maddə 87, ¹ 3, maddə 230, ¹ 7, maddə 715, ¹ 8, maddələr
767, 769, ¹ 11, maddələr 1110, 1116, 1120, ¹ 12, maddə 1227;
2008, ¹ 1, maddə 7, ¹ 3, maddə 186, ¹ 6, maddələr 504, 507,
¹ 7, maddə 617, ¹ 8, maddə 713, ¹ 9, maddə 798, ¹ 10, maddə
894, ¹ 11, maddələr 969, 971, 980, ¹ 12, maddələr 1060,
1061, 1062, 1065; 2009, ¹ 3, maddə 163, ¹ 4, maddə 226, ¹ 5, maddə
330, ¹ 7, maddələr 532, 535, 539, 540, 542, ¹ 9, maddə 688, ¹
10, maddələr 776, 785, ¹ 12, maddələr 979, 993; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddələr 180, 189, ¹ 5,
maddə 393, ¹ 7, maddələr 606, 607, 610, ¹ 8, maddələr
721, 725, ¹ 10, maddələr 847, 854, ¹ 11, maddə 972; 2011, ¹ 3,
maddələr 174, 175, ¹ 6, maddələr 490, 511, 513, ¹ 10, maddə
895, ¹ 12, maddələr 1117, 1129; 2012, ¹ 1,
maddə 7, ¹ 2, maddə 64, ¹ 3, maddə 199, ¹ 4, maddə 284, ¹
5, maddə 424, ¹ 6, maddə 544, ¹ 7, maddələr 682, 692, 698,
¹ 11, maddələr 1097, 1113, ¹ 12, maddə 1237; 2013, ¹ 3, maddə
238, ¹ 4, maddələr 371, 378, ¹ 5, maddə 500, ¹ 6, maddə
658) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.8-ci bənddən
", 457.2-ci, 457.2-1-ci, 457.4-cü" sözləri
çıxarılsın;
3.2. 2.40-cı bənddən
"həmçinin" sözü
çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 6 avqust 2013-cü il
Azərbaycan. - 2013.-
8 avqust.- S. 4.