«Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsində
dəyişikliklər edilməsi haqqında» Azərbaycan
Respublikasının 2013-cü il 13 iyun tarixli 685-IVQD nömrəli
qanununun tətbiqi və «Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında» Azərbaycan
Respublikası Qanununun və həmin qanunla təsdiq edilmiş
Azərbaycan Respublikasının Cəzaların İcrası
Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli
388 nömrəli fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2013-cü il 13 iyun tarixli 685-IVQD nömrəli
qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
"Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç
ay müddətində Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların "Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versin.
3. Müəyyən edilsin ki:
3.1. Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsinin
166.8-ci maddəsində, 166.10-cu maddəsinin ikinci
cümləsində, 174.2-ci maddəsinin birinci
və ikinci cümlələrində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;
3.2. həmin
Məcəllənin 166.9-cu maddəsinin birinci
və ikinci cümlələrində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Dövlət Sərhəd
Xidməti həyata keçirir.
4. "Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında" Azərbaycan
Respublikası Qanununun və həmin qanunla təsdiq edilmiş
Azərbaycan Respublikasının Cəzaların İcrası
Məcəlləsinin tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 25 avqust tarixli 388 nömrəli fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹8, III kitab,
maddə 611; 2002, ¹8, maddə 478; 2008, ¹3, maddələr 168,
170, ¹7, maddə 618; 2011, ¹4, maddə 279)
3-cü hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
4.1. dördüncü
bənddə "15.2, 166.2-ci və 173.1-ci maddələrində"
sözləri "173.1-ci maddəsində" sözləri
ilə əvəz edilsin;
4.2. beşinci
bənd ləğv edilsin;
4.3.
aşağıdakı məzmunda on dördüncü və on
beşinci bəndlər əlavə edilsin:
"həmin
Məcəllənin 15.2-ci, 166.8-ci maddələrində,
166.10-cu maddəsinin ikinci cümləsində,
174.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Dövlət Miqrasiya
Xidməti həyata
keçirir;
həmin Məcəllənin
166.9-cu maddəsinin birinci və ikinci cümlələrində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Dövlət Sərhəd
Xidməti həyata keçirir.".
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 6 avqust 2013-cü il
Azərbaycan. - 2013.-
8 avqust.- S. 4.