İmran Cəfərzadənin
ayaqlarında növbəti cərrahiyyə əməliyyatı
aparılmışdır
Prezident İlham Əliyevin göstərişi əsasında
Heydər Əliyev Fondunun dəstəyi və
Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı
ilə Berlin şəhərindəki
"Charite" klinikasında müalicə
olunan Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü
İmran Cəfərzadənin
ayaqlarında avqustun 6-da növbəti cərrahiyyə əməliyyatı
aparılmışdır.
Səfirlikdən AzərTAc-a
bildirmişlər ki, əməliyyatdan
sonrakı konsiliumda həkimlər İmran Cəfərzadənin
sağalmasında böyük irəliləyiş
olduğunu qeyd
etmişlər. Klinikanın mütəxəssisləri
bütövlükdə müayinənin və əməliyyatın
nəticələrindən razı qalmışlar.
Növbəti müayinə
avqustun 9-na, əməliyyat isə ayın
12-nə təyin olunmuşdur. Həkimlər
xəstənin fiziki və psixoloji
durumunu normal hesab edirlər.
Azərbaycanın
Almaniyadakı səfirliyi İmran Cəfərzadənin
müalicəsini daim diqqət mərkəzində
saxlayır, xəstənin durumuna dair yeniliklər barədə Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasını, Heydər Əliyev Fondunu
və ictimaiyyəti mütəmadi olaraq məlumatlandırır.
Azərbaycan. - 2013.-
8 avqust.- S. 5.