Mərkəzi Seçki
Komissiyası bölgələrdə seçki hüququ
üzrə ixtisaslaşdırılmış kurslara
başlamışdır
Mərkəzi
Seçki Komissiyasının (MSK) təşkilatçılığı
ilə regionlarda keçirilən seçki hüququ üzrə
ixtisaslaşdırılmış kursların
üçüncü - sonuncu günündə 108 saylı
Ağstafa seçki dairəsi dairə seçki
komissiyasının üzvləri və dairənin əhatə
etdiyi məntəqə seçki komissiyalarının sədrləri
qarşıdakı prezident seçkiləri ilə
bağlı ətraflı təlimatlandırılmışlar.
AzərTAc xəbər
verir ki, kursda MSK-nın nümayəndəsi Əziz Məhərrəmovun
"Seçki prosesində kütləvi informasiya vasitələrinin
rolu, yerli və xarici müşahidəçilərin
hüquq və vəzifələri", rayon prokuroru Əlirza
Babayevin "Seçki subyektləri, seçki
hüquqlarının pozulmasına görə
məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və
məsuliyyət növləri", 108 saylı Ağstafa
seçki dairəsi dairə seçki komissiyasının sədri
Tamerlan Eyyubovun "Prezident seçkilərinin keçirilməsi,
səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi.
Bu istiqamətdə məntəqə seçki
komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri"
mövzularında məruzələri dinlənilmişdir.
Məruzələrdə
qarşıdan gələn prezident seçkilərinə
hazırlıq məqsədilə təşkil olunmuş
ixtisaslaşdırılmış kursların Azərbaycanda
seçkilərin beynəlxalq standartlara uyğun, yüksək
səviyyədə keçirilməsində mühüm əhəmiyyət
kəsb etdiyi diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, respublikamızda keçirilən
bütün seçkilərdə olduğu kimi, builki prezident
seçkilərində də obyektivliyin təmin olunması
üçün hər cür şərait
yaradılmışdır.
105 saylı
Tovuz, 106 saylı Tovuz-Qazax-Ağstafa, 107 saylı Qazax
seçki dairələri dairə seçki komissiyalarında
keçirilən kurslarda da müdavimlərə bir sıra
qanunvericilik aktları, təlimatlar barədə ətraflı
məlumatlar verilmiş, bəzi məsələlərə
aydınlıq gətirilmişdir.
***
Qarabağ bölgəsində
təlim məşğələlərinin sonuncu
günündə MSK nümayəndələrinin, rayon
prokurorlarının, dairə seçki komissiyaları sədrlərinin
seçki hüququ ilə əlaqədar müxtəlif
mövzularda məruzələri dinlənilmişdir.
95 saylı Tərtər
seçki dairəsi dairə seçki komissiyasının 9
üzvünün, 37 məntəqə sədrinin, habelə
qaçqın və köçkün rayonlarının
seçki məntəqələri sədrlərinin iştirak
etdikləri kursda tematik plana uyğun olaraq, rayon prokuroru Azər Hətəmov
"Seçki subyektləri, seçki hüquqlarının
pozulmasına görə məsuliyyət nəzərdə
tutan qanunvericilik sistemi və məsuliyyət növləri"
mövzusunda məruzə etmiş, DSK sədri Həmid Mehdiyev
"Azərbaycan Respublikası Prezidentinin seçkilərinin
keçirilməsi, səslərin hesablanması və nəticələrin
rəsmiləşdirilməsi. Bu istiqamətdə məntəqə
seçki komissiyalarının fəaliyyətinin təşkili
və vəzifələri" mövzusunda seminar
keçirmişdir.
Məruzəçilər
mövcud qanunvericiliyin tələbləri, Seçki Məcəlləsinin
konkret müddəalarını şərh etmiş,
seçkilərin demokratik, azad və şəffaf
keçirilməsi ilə bağlı iştirakçılara
müvafiq metodiki tövsiyələr vermişlər. Bildirilmişdir ki, üçgünlük tədrisin
DSK üzvləri və məntəqə seçki
komissiyaları sədrlərinin peşəkarlıq səviyyəsinin
yüksəldilməsi və seçki hüququ ilə
bağlı biliklərinin artırılması baxımından
əhəmiyyəti böyük olmuşdur.
Bərdə rayonunda fəaliyyət göstərən
93 saylı Bərdə şəhər və 94 saylı Bərdə
kənd seçki dairələri dairə seçki
komissiyalarında təşkil olunan kurslarda rayon prokuroru Rəhim
Əliyev və məhkəmənin sədri Ağarza Səmədovun
məruzələri dinlənilmişdir.
Məruzəçilər seçki hüququ və
onun təminatının qanunvericilik əsasları,
aşağı seçki komissiyaları və məhkəmələr
tərəfindən seçki hüququnun qorunması mexanizmlərindən,
seçki hüququnun pozulmasına görə məsuliyyət
növlərindən bəhs etmişlər.
İxtisaslaşdırılmış
kurslar Ağdam rayonunda da uğurla davam etdirilmişdir. 119
saylı Ağdam kənd seçki dairəsi dairə
seçki komissiyasında keçirilən kursların sonuncu
günündə dairə seçki komissiyasının
üzvləri ilə yanaşı, 37 məntəqə
seçki komissiyasının sədri, eləcə də 118
saylı Ağdam şəhər seçki dairəsi üzrə
21, digər işğal altında olan rayonlardan 2 məntəqə
sədri iştirak etmişlər.
82 saylı
Ağcabədi seçki dairəsi dairə seçki
komissiyasında ixtisaslaşdırılmış kursların
sonuncu günündə seçkilərin azad, demokratik və
şəffaf keçirilməsi üçün möhkəm
hüquqi bazanın yaradılmasından, seçkilərə
hazırlıqda və seçki prosesi zamanı dairə və
məntəqə
seçki komissiyalarının fəaliyyətinin təşkili,
üzərlərinə düşən məsul vəzifələrdən
ətraflı danışılmışdır.
83 saylı
Ağcabədi-Füzuli seçki dairəsində
keçirilmiş kursda tematik plana uyğun olaraq, rayon
prokurorunun və DSK sədrinin məruzələri dinlənilmiş,
dinləyiciləri maraqlandıran suallara aydınlıq gətirilmiş,
mövzular ətrafında fikir mübadiləsi
aparılmışdır.
İxtisaslaşdırılmış
kursların sonuncu günündə 84 saylı Füzuli
seçki dairəsi dairə seçki komissiyasında tədris
uğurla yekunlaşmışdır. Kursda
MSK-nın nümayəndəsi Ramin Nurəliyev, rayon prokuroru və
DSK sədri məruzə edərək məntəqə
seçki komissiyaları sədrlərinin vəzifələri,
məntəqələrin fəaliyyətlərinin təşkili,
seçki prosesində KİV-lərin rolu, yerli və beynəlxalq
müşahidəçilər, eləcə də namizədlərin
səlahiyyətli nümayəndələri ilə işin təşkili
və s. məsələlər barədə
danışmışlar.
Ağcabədi
rayonunun Taxtakörpü ərazisində yerləşən 121
saylı Laçın seçki dairəsi dairə seçki
komissiyasında keçirilən kurslarda rayon prokurorunun köməkçisi
Elgiz Mehdiyev və DSK sədri Hüseyn Səfərov məruzə
etmiş, iştirakçıları maraqlandıran
sualları cavablandırmışlar.
48 saylı Yevlax seçki
dairəsi dairə seçki komissiyasında təşkil
olunmuş kurslarda DSK-nın üzvləri, 31 məntəqə
seçki komissiyasının sədrləri və
işğal altında olan rayonlardan 8 məntəqə sədri
iştirak etmişlər.
Rayon məhkəməsinin sədri Qələndar
Abbasov və DSK-nın sədri Yaşar Abbasov dinləyicilər
qarşısında çıxış edərək
seçki hüququ və onun təminatının qanunvericilik
əsaslarından, seçkilərin şəffaf və
demokratik keçirilməsində məntəqə seçki
komissiyalarının qarşısında duran vəzifələrdən
danışmışlar.
Rayonlarda dairə
seçki komissiyalarının üzvləri və məntəqə
seçki komissiyalarının sədrləri
üçün keçirilən kurslar uğurla başa
çatmışdır. Məntəqə sədrlərinə
MSK tərəfindən göndərilmiş təlimatlar,
Seçki Məcəlləsi, qayda və izahatlar, seçici
siyahıları ilə bağlı plakatlar
paylanılmışdır.
***
Mərkəzi
Seçki Komissiyasının (MSK) Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan Respublikasında insan
hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət
Planının təsdiq edilməsi haqqında" 2006-cı
il 28 dekabr tarixli və "Azərbaycan Respublikasında insan
hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramının təsdiq edilməsi haqqında" 2011-ci il
27 dekabr tarixli sərəncamlarının icrası ilə əlaqədar
ölkənin regionlarında keçirdiyi seçki hüququ
üzrə ixtisaslaşdırılmış kurslar avqustun 7-də
başa çatmışdır.
Cənub bölgəsində keçirilən təlim
məşğələlərinin sonuncu günündə MSK
nümayəndələrinin, rayon polis şöbələri
rəislərinin, dairə seçki komissiyalarının (DSK)
sədrlərinin seçki hüququ ilə əlaqədar
müxtəlif mövzularda məruzələri dinlənilmişdir.
70 saylı Masallı şəhər seçki dairəsi
dairə seçki komissiyasının inzibati binasında təşkil
olunan kursda rayon prokurorunun köməkçisi Tural Nəbiyev
"Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları
və məsuliyyət növləri", MSK-nın
üzvü Nizami Muradov "Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq
və vəzifələri" mövzularında məruzələrlə
çıxış etmişlər.
Həmçinin 70
saylı Masallı şəhər seçki dairəsinin dairə
seçki komissiyasının sədri Ayıq Səmədov
"Azərbaycan Respublikası Prezidentinin seçkilərinin
keçirilməsi, səslərin hesablanması və nəticələrin
rəsmiləşdirilməsi. Bu istiqamətdə məntəqə
seçki komissiyalarının fəaliyyətinin təşkili
və vəzifələri" mövzusunda seminar
keçirmişdir.
Məruzə və
çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycanda
demokratik seçkilərin keçirilməsi üçün
möhkəm qanunvericilik bazası yaradılmış,
ictimai-siyasi sabitlik təmin edilmişdir.
Bildirilmişdir ki, 70
saylı Masallı şəhər seçki dairəsində
37 min 876 seçicini əhatə edən 42 məntəqə
seçki komissiyası fəaliyyət
göstərir. Məntəqə seçki komissiyalarında
seçkilərin azad, şəffaf və demokratik
keçirilməsi üçün hər cür şərait
yaradılmışdır.
Diqqətə
çatdırılmışdır ki, seçkilərin
demokratik şəraitdə keçməsi, ilk növbədə,
seçki məntəqələrində səsvermə
prosesinin mövcud təlimatlara uyğun təşkilindən,
komissiya üzvlərinin hazırlıq səviyyəsindən
asılıdır.
MSK-nın təşkil etdiyi
ixtisaslaşdırılmış kursların dairə
seçki komissiyaları üzvlərinin və məntəqə seçki
komissiyaları sədrlərinin seçki üzrə
hüquqi biliklərinin artırılmasında əhəmiyyətli
rolu vardır.
Avqustun 7-də
cənub bölgəsində fəaliyyət göstərən
67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad
kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 71
saylı Masallı kənd, 72 saylı
Yardımlı-Masallı, 73 saylı Lənkəran şəhər,
74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı,
76 saylı Lənkəran-Astara, 77 saylı Astara və 78
saylı Lerik seçki dairələri dairə seçki
komissiyalarında keçirilən
ixtisaslaşdırılmış kurslarda MSK-nın üzvləri,
rayon və şəhər icra hakimiyyətlərinin məsul
işçiləri, məhkəmələrin sədrləri,
polis idarələrinin rəisləri,
prokurorluq işçiləri və dairə seçki
komissiyalarının sədrləri seçki hüququna dair
müxtəlif məsələlər barədə
çıxış etmiş, dairə seçki
komissiyalarının üzvlərini və məntəqə
seçki komissiyalarının sədrlərini maraqlandıran
sualları cavablandırmışlar.
***
Gəncədə
fəaliyyət göstərən 123 saylı Kəlbəcər
seçki dairəsi dairə seçki komissiyasında keçirilən
ixtisaslaşdırılmış kurslarda DSK-nın üzvləri
və məntəqə seçki komissiyasının sədrləri
müzakirə olunan mövzular ətrafında fəallıq nümayiş etdirmişlər.
Kurslarda 123 saylı Kəlbəcər seçki dairəsi
dairə seçki komissiyasının üzvləri, Gəncə,
Göygöl, Daşkəsən və Samuxda məskunlaşan
kəlbəcərlilər üçün təşkil
edilmiş 16 seçki məntəqəsinin sədrləri
iştirak etmişlər.
Mərkəzi
Seçki Komissiyasının nümayəndələri Fərhad
Eminbəyli, Bəxşeiş Əsgərov və rayon
prokuroru Ariz Əliyev "Seçki subyektləri, seçki
hüquqlarının pozulmasına görə məsuliyyət
nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət
növləri" mövzusunda məruzələri dinlənildikdən
sonra "Azərbaycan Respublikası Prezidentinin seçkilərinin
keçirilməsi, səslərin hesablanması və nəticələrin
rəsmiləşdirilməsi. Bu istiqamətdə MSK-nın fəaliyyətinin
təşkili və vəzifələri" mövzusunda
seminar keçirilmişdir.
Seminarda
çıxış edən dairə seçki
komissiyasının üzvləri və məntəqə
seçki komissiyalarının sədrləri demişlər
ki, seçki prosesi çətin olmaqla yanaşı, həm də
məsuliyyətli işdir. Seçkilərin təşkilində
iştirak edən hər kəs bu məsuliyyəti hiss etməli,
xalqın etimadını doğrultmalıdır. Ölkəmizdə
bu sahədə müsbət addımlar atılmış,
seçkilərin şəffaf və demokratik keçirilməsi
üçün zəngin baza yaradılmışdır.
Bunun üçün beynəlxalq standartlara cavab verən
qanunverici aktlar təsdiq edilmişdir. Bu
qanunverici aktlar Azərbaycan Respublikasında seçki
praktikasının təkmilləşdirilməsi
baxımından böyük uğurların
qazanılmasında mühüm rol oynamışdır və
söz yox ki, növbəti seçkilərdə də bu
nailiyyətlər təkrar olunacaqdır.
Mərkəzi Seçki Komissiyasının regionlarda təşkil
etdiyi kurslar Gəncədəki 37 saylı Nizami I, 38 saylı
Nizami II, 39 saylı Kəpəz I və 40 saylı Kəpəz
II seçki dairələri dairə seçki
komissiyalarında da seçki prosesi ilə bağlı məruzələr
dinlənilmiş, maarifləndirici seminarlar
keçirilmişdir.
96 saylı
Goranboy-Naftalan, 97 saylı Goranboy-Ağdam-Tərtər, 98
saylı Şəmkir şəhər, 99 saylı Şəmkir
kənd, 100 saylı Şəmkir-Daşkəsən, 101
saylı Göygöl-Daşkəsən, 102 saylı
Samux-Şəmkir, 103 saylı Gədəbəy və 104
saylı Gədəbəy-Tovuz seçki dairələri dairə
seçki komissiyalarında
təşkil olunmuş kurslarda dinləyiciləri
maraqlandıran bir çox məsələlər ətrafında
fikir mübadiləsi aparılmış, seçkilərin
mütəşəkkil və qanunvericiliyin tələblərinə
uyğun keçirilməsi ilə bağlı suallara
aydınlıq gətirilmişdir.
***
Kursların
sonuncu günündə keçirilən seminarlarda rayon
prokurorlarının "Seçki subyektləri, seçki
hüququnun pozulmasına görə məsuliyyət nəzərdə
tutan qanunvericilik sistemi və məsuliyyət növləri",
habelə dairə seçki komissiyaları sədrlərinin
"Azərbaycan Respublikası Prezidentinin seçkilərinin
keçirilməsi,
səslərin hesablanması və nəticələrinin rəsmiləşdirilməsi.
Bu istiqamətdə məntəqə seçki
komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri"
mövzularında məruzələr dinlənilmişdir.
112 saylı Qax seçki dairəsində keçirilən
seminarda çıxış edən rayon prokuroru İslam
Qasımov bildirmişdir ki, Prezident İlham Əliyevin
uzaqgörən siyasəti və məqsədyönlü fəaliyyəti
sayəsində cəmiyyətdə yaranmış ictimai-siyasi
sabitlik, demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğu yolunda atılan mühüm addımlar ölkəmizdə
bütün sahələrin normal fəaliyyəti
üçün əlverişli şərait
yaratmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan
Respublikasında dövlət hakimiyyətinin əsasını
xalqın iradəsi təşkil edir. Azərbaycan xalqının
iradəsi ümumi, bərabər və birbaşa seçki
hüququ əsasında gizli və şəxsi səsvermə
yolu ilə azad və mütəmadi keçirilən
seçkilərdə, ümumxalq səsverməsi - referendumda
öz təzahürünü tapır. Azərbaycan dövləti
ölkə vətəndaşlarının iradəsinin azad
ifadə edilməsinə seçki hüququnun prinsip və
normalarının müdafiə edilməsi yolu ilə təminat
verir.
Bildirilmişdir ki, seçkilərin demokratik və
şəffaf prosedurlar əsasında keçirilməsi,
ölkə vətəndaşlarının seçki
hüquqlarının tam təmin edilməsi, ilk növbədə,
seçki hüquqpozmalarının törədilməsinə
görə məsuliyyətin müəyyən edilməsi və
belə mənfi amillərlə səmərəli mübarizə
mexanizminin yaradılmasından asılıdır.
Məruzəçi
seçkilərin keçirilməsi zamanı baş verə
biləcək qanun pozuntularının qarşısının
alınması, seçkilərin Azərbaycan
Respublikasının Seçki Məcəlləsinin müddəalarına
tam uyğun qaydada keçirilməsi, bu sahədə
müvafiq dövlət orqanlarının üzərinə
düşən vəzifələr, qəbul olunmuş qanun və
normativ-hüquqi sənədlər barədə ətraflı
məlumat vermişdir. Qeyd olunmuşdur ki, seçki
kampaniyaları zamanı MSK-nın, eləcə də dairə
və məntəqə seçki komissiyalarının fəaliyyətinin
ən məsul məqamlarından biri vətəndaşların
seçki hüququnun pozulmasının
qarşısını almaqdır.
109 saylı
Balakən seçki dairəsi dairə seçki
komissiyasında keçirilən seminarda çıxış
edən MSK-nın üzvü Etibar Quliyev bildirmişdir ki,
prezident seçkiləri çox mühüm əhəmiyyət
daşıdığından bu seçkilərə çox
diqqətlə yanaşılmalıdır. Diqqətə
çatdırılmışdır ki, Seçki Məcəlləsinə
görə, seçki kampaniyası dövrü əvvəllər
4 ay idisə, seçki praktikasının təkmilləşdirilməsi
nöqteyi-nəzərindən indi bu dövr 2 aya
endirilmişdir. Bu qısa müddətdə dairə
və məntəqə seçki komissiyalarının
üzvləri səfərbər olaraq qarşıya
qoyulmuş vəzifəni - seçkilərin
hazırlanması və keçirilməsi vəzifəsini ləyaqətlə
yerinə yetirməyə çalışmalıdırlar.
Bildirilmişdir
ki, bu gün beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana
diqqət çox yüksəkdir. Çünki Azərbaycan
bir tərəfdən müstəqilliyini yenicə əldə
etmişdir, digər tərəfdən isə ölkə
çox sürətlə inkişaf edir. Avropanı iqtisadi
böhran bürüdüyü halda, Azərbaycanda sürətli
inkişaf vardır. Təbii ki, belə olan halda Azərbaycana
maraq daha da artır, seçki kampaniyalarında ölkəmizə
çoxlu sayda uzunmüddətli və qısamüddətli
beynəlxalq müşahidəçilər təşrif
buyururlar.
MSK-nın təmsilçisi
bildirmişdir ki, hər bir seçki prosesi əvvəlkindən
daha demokratik, daha azad, daha şəffaf keçirilir. Əminik
ki, bu dəfə də seçkilər demokratik, ümumbəşəri
dəyərlərə, beynəlxalq standartlara uyğun
keçiriləcəkdir. Seçki prosesini izləməyə
gələn beynəlxalq müşahidəçilər
özlərinin hazırladıqları hesabatlarda, rəylərdə
bunu qeyd edəcəklər.
Avqustun 7-də 110 saylı Zaqatala, 111 saylı
Zaqatala-Balakən, 113 saylı Şəki şəhər, 114
saylı Şəki kənd birinci, 115 saylı Şəki kənd
ikinci, 117 saylı Oğuz-Qəbələ seçki dairələri
dairə seçki komissiyalarında da seçki hüququ
üzrə kurslar uğurla başa çatmışdır.
Seminarlarda
bildirilmişdir ki, hər bir dövlətin beynəlxalq aləmdə
nüfuzunun artması ölkədə keçirilən
seçkilərdə insan hüquq və
azadlıqlarının müdafiəsi məqsədilə
qanunvericiliyin tələblərinə riayət olunmasından,
seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsindən çox
asılıdır. Hər bir dövlətdə tətbiq
olunan seçki siyasəti onun inkişaf yolunu təyin edən
əsas amillərdəndir. Ona görə də seçki
prosesinin daim təkmilləşdirilməsi, yeni
texnologiyaların tətbiqi, seçkiləri keçirən
seçki komissiyalarının üzvlərinin peşəkarlığının
artırılması olduqca vacibdir. Bu baxımdan MSK-nın təşkilatçılığı
ilə dairə seçki komissiyalarının üzvləri və
məntəqə seçki komissiyalarının sədrləri
üçün keçirilən belə
ixtisaslaşdırılmış kursların əhəmiyyəti
çox böyükdür.
***
62 saylı
Saatlı seçki dairəsi dairə seçki
komissiyasının inzibati binasında keçirilən təlim
kursunda rayon prokuroru Tariyel Ələkbərov "Seçki
subyektləri, seçki
hüquqlarının
pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları
və məsuliyyət növləri" mövzusunda məruzə ilə
çıxış etmişdir.
62 saylı Saatlı
seçki dairəsi dairə seçki komissiyasının sədri
Arif Əliyev "Azərbaycan Respublikası Prezidentinin
seçkilərinin keçirilməsi, səslərin
hesablanması və nəticələrin rəsmiləşdirilməsi.
Bu istiqamətdə məntəqə seçki
komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri"
mövzusunda seminar keçirmişdir.
Məruzə və çıxışlarda qeyd
olunmuşdur ki, Azərbaycanda demokratik seçkilərin
keçirilməsi üçün mükəmməl qanunvericilik bazası
yaradılmış, ictimai-siyasi sabitlik təmin edilmişdir.
Bildirilmişdir
ki, 62 saylı Saatlı şəhər seçki dairəsinin
əhatə etdiyi ərazidə 35 məntəqə seçki
komissiyası üzrə 40 min 175 seçici vardır ki, bunlardan 771 nəfərinin yaşı 80-dən yuxarı, 2497
nəfəri isə səs vermədə ilk dəfə
iştirak edənlərdir.
Seçki məntəqələrində seçkilərin
azad, şəffaf və demokratik keçirilməsini təmin
etmək üçün hər cür şərait
yaradılmışdır.
Diqqətə çatdırılmışdır ki,
seçkilərin demokratik şəraitdə keçməsi
ilk növbədə, seçki məntəqələrində
səsvermə prosesinin mövcud təlimatlara uyğun təşkil
edilməsindən, komissiya üzvlərinin hazırlıq səviyyəsindən
asılıdır.
MSK-nın təşkil etdiyi
ixtisaslaşdırılmış kursların dairə
seçki komissiyaları üzvlərinin və məntəqə seçki
komissiyaları sədrlərinin seçki üzrə hüquqi
biliklərinin artırılmasında əhəmiyyətli rolu
vardır.
46 saylı
Şirvan, 58 saylı Hacıqabul-Kürdəmir, 59 saylı
Salyan, 60 saylı Salyan-Neftçala, 63 saylı Sabirabad birinci,
64 saylı Sabirabad ikinci, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir,
66 saylı Biləsuvar, 79 saylı İmişli, 80 saylı
İmişli-Beyləqan seçki dairələri dairə
seçki komissiyalarında keçirilən
ixtisaslaşdırılmış
kurslarda MSK-nın üzvləri, rayon və
şəhər icra hakimiyyətinin məsul işçiləri,
məhkəmələrin sədrləri, polis idarəsinin rəisləri,
prokurorluq işçiləri və dairə seçki
komissiyalarının sədrləri seçki hüququna dair
müxtəlif məsələlər barədə
çıxış etmiş, iştirakçıları
maraqlandıran sualları cavablandırmışlar.
***
Kursların
sonuncu günü 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı
Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı
Xaçmaz şəhər və 56 saylı Xaçmaz kənd
seçki dairələrinin dairə seçki
komissiyalarında aparılan işgüzar müzakirələrlə
yadda qalmışdır.
MSK-nın üzvü Validə Kazımova və bu
qurumun təşkilat şöbəsinin müdiri
İsmayıl Abbasəliyev təlim məşğələsinin
sonuncu günündə 54 saylı Şabran-Siyəzən
seçki dairəsinin dairə seçki komissiyasının
üzvləri və dairəyə daxil olan 68 məntəqə
seçki komissiyalarının sədrləri
üçün mühazirə oxumuşlar.
Təlimlərin
sonuncu günündə seçici siyahılarının təkmilləşdirilməsi,
rəsmi seçki sənədlərinin daşınması və
saxlanması təhlükəsizliyinin təmini, seçki
prosesində kütləvi informasiya vasitələrinin rolu,
seçkiqabağı təşviqatın aparılmasına
şəraitin yaradılması, bildirişlərin seçicilərə
çatdırılması, eləcə də seçki
komissiyaları ilə səmərəli əlaqənin
qurulması və digər mövzular ətrafında
çıxışlar edilmiş, fikir mübadiləsi
olmuşdur.
***
Kursda şəhər
prokurorunun müavini Tağı Rüstəmovun
"Seçki subyektləri, seçki hüquqlarının
pozulmasına görə məsuliyyət nəzərdə
tutan qanunvericilik aktları və məsuliyyət növləri",
47 saylı Mingəçevir seçki dairəsi dairə
seçki komissiyasının sədri Oqtay Məmmədovun "Azərbaycan
Respublikası Prezidentinin seçkilərinin keçirilməsi,
səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi,
bu istiqamətdə məntəqə seçki
komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri"
mövzularında məruzələri dinlənilmişdir.
Məruzələrdə
qarşıdan gələn prezident seçkilərinə
hazırlıq məqsədi ilə təşkil olunmuş
ixtisaslaşdırılmış kursların Azərbaycanda
seçkilərin beynəlxalq standartlara uyğun, yüksək
səviyyədə keçirilməsində mühüm əhəmiyyət
kəsb etdiyi diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, respublikamızda keçirilən
bütün seçkilərdə olduğu kimi, builki prezident
seçkilərində də obyektivliyin təmin olunması
üçün hər cür şərait
yaradılmışdır. Dairə və məntəqə
seçki komissiyaları üzvlərinin seçki
hüquqları barədə kifayət qədər bilik və
təcrübələri vardır. Qeyd
olunmuşdur ki, oktyabrın 9-da ölkəmizdə baş
tutacaq növbəti seçkilərin azad, demokratik və
şəffaf şəraitdə keçirilməsi ilk növbədə,
seçki məntəqələrində səsvermə
prosesinin mövcud təlimatlara uyğun təşkilindən,
komissiya üzvlərinin hazırlıq səviyyəsindən
asılıdır.
88 saylı
Ağdaş, 89 saylı Göyçay-Ağdaş, 90
saylı Ağdaş, 116 saylı Qəbələ seçki
dairələri dairə seçki komissiyalarında
keçirilən kurslarda da eyni mövzularda məruzələr
dinlənilmiş, müdavimlərə bir sıra qanunvericilik
aktları, təlimatlar barədə ətraflı məlumatlar
verilmiş, bəzi
məsələlərə aydınlıq gətirilmişdir.
Bildirilmişdir ki, builki seçkilərdə dairə üzrə
30 məntəqədə 36980 nəfər seçici qeydə
alınmışdır. Onlardan 574 nəfər ilk dəfə
səs verəcəkdir.
Dairə seçki
komissiyalarının üzvlərini və məntəqə
seçki komissiyalarının sədrlərini maraqlandıran
suallara aydınlıq gətirilmişdir.
***
İxtisaslaşdırılmış
kursların tədris cədvəlinə uyğun olaraq avqustun
7-də dinləyicilər qarşısında rayon prokuroru
Zakir Müslümov "Seçki subyektləri, seçki
hüquqlarının pozulmasına görə məsuliyyət
nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət
növləri" mövzusunda məruzə ilə
çıxış etmişdir.
Məruzəçi
ölkəmizdə seçkilərin azad, demokratik və şəffaf
keçirilməsi üçün beynəlxalq təcrübəyə
əsaslanan möhkəm hüquqi baza
yaradıldığını diqqətə
çatdırmışdır. Z.Müslümov hər bir seçki rəsmisinin məhz
qanunu mükəmməl öyrənməsinin və seçki
prosesində bu qanuna düzgün riayət etməsinin
vacibliyini qeyd etmişdir. Bildirmişdir ki,
ölkə həyatında mühüm hadisə olan prezident
seçkilərinin demokratikliyi və şəffaflığı
Seçki Məcəlləsinin tələblərinə tam
riayət olunmasından asılıdır. Əks təqdirdə,
hər hansı diqqətsizliyə, qanun pozuntusuna yol verən
şəxs qanun qarşısında məsuliyyət daşıyır.
Mövzu ilə əlaqədar
mövcud qanunvericiliyin əsas müddəaları ətraflı
şərh edilmiş, dinləyiciləri maraqlandıran
suallara aydınlıq gətirilmişdir.
Kurs çərçivəsində
reallaşan "Azərbaycan Respublikası Prezidentinin
seçkilərinin keçirilməsi, səslərin
hesablanması və nəticələrin rəsmiləşdirilməsi.
Bu istiqamətdə məntəqə seçki
komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri"
mövzusunda seminarda dairə seçki komissiyasının sədri
Hüseyn Rəcəbov məsələ ilə əlaqədar
Seçki Məcəlləsinin müvafiq maddələrini
diqqətə çatdırmış, bir sıra məsələlər
ətrafında geniş şərhlər vermişdir.
86 saylı
İsmayıllı seçki dairəsi dairə seçki
komissiyasında DSK-nın üzvləri və məntəqə
seçki komissiyalarının sədrləri
üçün təşkil edilən seçki hüququ
üzrə ixtisaslaşdırılmış kursların
axırıncı günündə
işgüzar fikir mübadiləsi aparılmışdır. Burada prezident seçkilərinin azad, demokratik və
şəffaf keçirilməsi, Seçki Məcəlləsinin,
seçkilərlə əlaqədar müvafiq qanunların
mükəmməl öyrənilməsi və bunlara dəqiq
riayət edilməsi məsələlərindən
danışılmışdır.
Seminarda həmçinin seçkilərin keçirilməsi,
səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi,
məntəqə seçki komissiyalarının fəaliyyətinin
təşkili və vəzifələri geniş müzakirə
olunmuşdur.
87 saylı Ağsu - İsmayıllı seçki dairəsi
dairə seçki komissiyasında
üçgünlük
ixtisaslaşdırılmış kursların sonuncu
günündə prezident seçkilərinə
hazırlıq, seçkilərin tam demokratik və şəffaf
keçirilməsi, bu işdə seçki rəsmilərinin
məsuliyyəti, qarşıda duran konkret vəzifələr
və sair məsələlər geniş müzakirə
olunmuşdur.
Avqustun 7-də
50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi dairə seçki komissiyasında
DSK-nın üzvləri və məntəqə seçki
komissiyalarının sədrləri üçün
keçirilən seçki hüququ üzrə
ixtisaslaşdırılmış kursda
iştirakçılara prezident seçkilərinə
hazırlıq, seçkilərin demokratik və şəffaf keçirilməsi
sahəsində konkret vəzifələr barədə ətraflı
bilgilər verilmişdir.
57 saylı Kürdəmir,
91 saylı Ucar və 92 saylı Zərdab - Ucar seçki dairələri
dairə seçki komissiyalarında
da seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurslar səmərəli
fikir mübadiləsi şəraitində başa
çatmışdır.
***
Avqustun 7-də
41 saylı Sumqayıt birinci, 42 saylı Sumqayıt ikinci, 43
saylı Sumqayıt üçüncü, 44 saylı
Sumqayıt-Abşeron və 45 saylı Abşeron seçki dairələri
dairə seçki komissiyalarında (DSK) keçirilən
seçki hüquqları üzrə
ixtisaslaşdırılmış kurslarda DSK-nın üzvləri
və dairənin əhatə etdiyi məntəqə
seçki komissiyalarının sədrləri, həmçinin
qaçqın və məcburi köçkün
rayonlarının, o cümlədən 125 saylı Qubadlı-Zəngilan,
120 saylı Cəbrayıl -Qubadlı, 121 saylı
Laçın, 50 saylı Qobustan-Xızı-Sumqayıt
seçki dairələri üzrə DSK-ların üzvləri
və məntəqə seçki komissiyalarının sədrləri
iştirak etmişlər.
İxtisaslaşdırılmış
kursların üçüncü günündə
müdavimlər Sumqayıt şəhər prokurorunun köməkçisi
Vüqar Əhmədlinin, Sumqayıt şəhər
prokurorunun köməkçisi Pərviz Əliyevin,
Sumqayıt şəhər prokurorunun köməkçisi Kərəm
Mansurovun, Abşeron Rayon Prokurorluğundan Emin Cahangirovun
"Seçki
subyektləri və seçki hüquqlarının
pozulmasına görə məsuliyyət nəzərdə
tutan qanunvericilik aktları və məsuliyyət növləri"
mövzusunda məruzələrini dinləmiş, məsələ
ilə əlaqədar mövcud təlimat şərh
edilmişdir.
İştirakçılara qanunvericilik sistemi, inzibati
məsuliyyət, seçki hüququnun pozulması ilə
bağlı nəzərdə tutulan məsələlər və
onların qarşının alınması yolları
haqqında bilgilər verilmişdir.
Kurslarda 41
saylı Sumqayıt birinci seçki dairəsi dairə
seçki komissiyasının sədri Məzahir Süleymanov,
42 saylı Sumqayıt ikinci seçki dairəsi dairə
seçki komissiyasının sədri Ruslan Hacıyev, 43
saylı Sumqayıt üçüncü seçki dairəsi
dairə seçki komissiyasının sədri Həsən
Məmmədov və katibi Kübra Quliyeva və 44 saylı
Sumqayıt-Abşeron seçki dairəsi dairə seçki
komissiyasının sədri Vaqif Məmmədov və digərləri
Azərbaycan Respublikası Prezidentinin seçkilərin
keçirilməsi, səslərin hesablanması və nəticələrin
rəsmiləşdirilməsi və bu istiqamətdə məntəqə
seçki komissiyalarının fəaliyyətlərinin təşkili
və vəzifələrindən bəhs etmişlər. Məntəqələrin işlək vəziyyətdə
olması, seçkilərə hazırlıq, seçkilərin
keçirilməsi qaydaları barədə təlimatdan irəli
gələn məsələlər geniş şərhlərlə
dinləyicilərin diqqətinə
çatdırılmışdır.
Məntəqə
seçki komissiyalarının sədrlərinə
MSK tərəfindən
göndərilmiş təlimatlar, təşviqat
materialları, seçki məcəlləsi, seçici
siyahıları ilə bağlı plakatlar
paylanılmışdır.
Kursda
iştirakçıları maraqlandıran suallara da
aydınlıq gətirilmişdir.
***
Mərkəzi
Seçki Komissiyası (MSK) tərəfindən dairə
seçki komissiyalarının üzvləri və məntəqə
seçki komissiyalarının sədrləri
üçün təşkil edilmiş seçki hüququ
üzrə ixtisaslaşdırılmış kurslar avqustun 7-də
başa çatmışdır.
Kurslar Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında
insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət
Planının təsdiq edilməsi haqqında" 2006-cı
il 28 dekabr tarixli və "Azərbaycan Respublikasında insan
hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramının təsdiq edilməsi haqqında" 2011-ci il
27 dekabr tarixli sərəncamlarına uyğun olaraq təşkil
edilmişdir.
Kurslarda
mühazirələr dinlənilmiş, seçici
siyahılarının təkmilləşdirilməsi, rəsmi
seçki sənədlərinin daşınması və
saxlanılması təhlükəsizliyinin təmin edilməsi,
seçki prosesində kütləvi informasiya vasitələrinin
rolu, seçkiqabağı təşviqatın
aparılmasına şəraitin yaradılması, bildirişlərin
seçicilərə çatdırılması, eləcə
də seçki komissiyaları ilə səmərəli əlaqənin
qurulması və digər mövzularda müzakirələr
aparılmışdır.
Kurslarda dairə seçki
komissiyalarının üzvlərini və məntəqə
seçki komissiyalarının sədrlərini maraqlandıran
suallar cavablandırılmışdır.
AzərTAc
Azərbaycan. - 2013.-
8 avqust.- S. 6.