Seçkilərdə
(referendumda) Azərbaycan
Respublikasının Dövlət bayrağı altında
üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan
Respublikasına məxsus sektorunda yerləşən
neft və qaz
hasilatı platformalarında, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində,
azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında seçkilərin təşkili
haqqında TƏLİMAT
Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının 18 iyun 2013-cü il tarixli 6/50 saylı qərarı
ilə təsdiq edilmişdir
Azərbaycan
Respublikasının Dövlət bayrağı altında
üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan
Respublikasına məxsus sektorunda yerləşən
neft və qaz
hasilatı platformalarında, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, azadlıqdan məhrumetmə
yerlərində (cəzaçəkmə müəssisələrində)
və istintaq təcridxanalarında
seçkilərin (referendumun) təşkili
qaydaları Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 35.4-cü, 46.6-cı, 46.7-ci, 46.9-cu,
47.5-ci, 47.5-1-ci maddələri və bu Təlimatla
tənzimlənir.
1. Ümumi
müddəalar
1.1. Seçkilərdə (referendumda) (bundan sonra -
seçkilərdə) Azərbaycan Respublikasının
Dövlət bayrağı altında üzən gəmilərdə,
Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus
sektorunda yerləşən neft və qaz hasilatı platformalarında,
xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, azadlıqdan məhrumetmə
yerlərində və istintaq təcridxanalarında müvafiq
seçki komissiyaları tərəfindən seçkilər
təşkil edilir.
1.2. Azərbaycan
Respublikasının Dövlət bayrağı altında
üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan
Respublikasına məxsus sektorunda yerləşən
neft və qaz
hasilatı platformalarında, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində seçkilər
yalnız Azərbaycan Respublikasının Prezident
seçkilərində və referendumda
təşkil edilir.
1.3. Seçkilərin
təşkili zamanı seçicilər haqqında məlumatları
müvafiq qurumların rəhbərləri
və ya buna səlahiyyəti
olan digər şəxslər (gəmi
kapitanı, neft və qaz
hasilatı platformalarının rəhbərləri, baş həkim, istintaq təcridxanalarının,
cəzaçəkmə müəssisələrinin rəisi və s.) təqdim edir və bu məlumatların
düzgünlüyünə, tamlığına və
vaxtında verilməsinə görə onlar
qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyət
daşıyırlar.
1.4. Göstərilən
yerlərdə olan seçicilər
haqqında təqdim edilən məlumat əsasında tərtib edilən seçicilər
siyahısı məntəqə seçki
komissiyası tərəfindən yoxlanılaraq səsvermə
gününə azı 5 gün
qalmış təsdiq edilir.
2. Azərbaycan
Respublikasının Dövlət bayrağı altında
üzən gəmilərdə və Xəzər dənizinin
Azərbaycan Respublikasına məxsus sektorunda
yerləşən neft və qaz hasilatı platformalarında seçkilərin
təşkili qaydaları
2.1. Səsvermə
günü Azərbaycan
Respublikasının Dövlət bayrağı altında
üzən gəmilərdə və Xəzər dənizinin
Azərbaycan Respublikasına məxsus sektorunda
yerləşən neft və qaz hasilatı platformalarında seçicilərin
sayı 50-dən artıq olduqda, müvafiq dairə seçki
komissiyası tərəfindən səsvermə
gününə azı 50 gün
qalmış seçki məntəqələri
yaradılır. Bu məqsədlə dairə seçki
komissiyası Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi
və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin rəhbərlərinə
müraciət edərək seçicilərin sayını dəqiqləşdirir.
2.2. Bu Təlimatın 2.1-ci bəndində
göstərilən yerlərdə müstəsna hallarda seçki məntəqələri
səsvermə gününə azı 5 gün
qalmış yaradılır və səsvermənin təşkili
müvafiq qurumların rəhbərlərinə
və ya buna səlahiyyəti
olan digər şəxslərə
(gəmi kapitanı, neft və qaz hasilatı platformalarının rəhbərləri
və s.) tapşırılır. Belə
seçki məntəqələri yerləşdikləri
seçki dairəsinin tərkibinə daxil olur.
2.3. Azərbaycan
Respublikasının Dövlət bayrağı altında
üzən gəmilərə, neft və qaz hasilatı platformalarına seçki
sənədlərinin çatdırılmasını Azərbaycan
Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
rəhbərliyi təmin etməlidir. Göstərilən
yerlərdə səsvermənin nəticələri
haqqında məlumatların ötürülməsi başqa üsullarla mümkün olmadıqda, radioötürücü
və digər rabitə vasitələri ilə də
çatdırıla bilər.
3. Seçicilərin müvəqqəti
olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda və istirahət evlərində)
seçkilərin təşkili qaydaları
3.1. Seçicilərin müvəqqəti olduqları
yerlərdə (xəstəxanalarda, sanatoriyalarda və istirahət
evlərində) bu Təlimatın 2.1-ci və 2.2-ci bəndlərində
göstərilən əsaslarla seçki məntəqələri
yaradılır. Bu məqsədlə müvafiq dairə seçki
komissiyası seçicilərin müvəqqəti
olduqları yerlərin rəhbərlərinə müraciət
edərək seçicilərin sayını dəqiqləşdirir.
3.2. Səsvermə
günü xəstəxanalarda, sanatoriyalarda və istirahət evlərində olan seçicilər orada
yaradılan seçki məntəqələrində
şəxsiyyət vəsiqəsi və ya
onu əvəz edən sənəd əsasında
seçici siyahılarına daxil edilirlər. Səsvermə
günü həmin yerlərdə seçki məntəqəsi
yaradılmayıbsa, belə seçicilər göstərilən
müəssisələrin rəhbərlərinin onların səsverməsi
üçün müəyyən edilmiş məntəqə seçki
komissiyasına təqdim etdikləri məlumatlar əsasında
həmin seçki məntəqələrinin
seçici siyahılarına daxil edilirlər. Həmin məlumatda şəxsiyyət
vəsiqələrinin və ya onları əvəz
edən sənədlərin tam göstəriciləri
əks etdirilməlidir.
4. İstintaq
təcridxanalarında və cəzaçəkmə müəssisələrində
seçkilərin təşkili qaydaları
4.1. İstintaq təcridxanalarının
və cəzaçəkmə müəssisələrinin ərazilərində
yaradılan seçki məntəqələri
üzrə seçicilərin (istintaq təcridxanalarında
saxlanılan təqsirləndirilən şəxslərin və
cəzaçəkmə müəssisələrində cəza
çəkən şəxslərin və digər
seçicilərin) siyahıları həmin müəssisələrin
rəhbərlərinin seçicilər haqqında məlumatı
əsasında səsvermə gününə azı 20 gün qalmış məntəqə seçki komissiyası tərəfindən dəqiqləşdirilir.
4.2. İstintaq təcridxanalarında və cəzaçəkmə
müəssisələrində seçki
məntəqəsi yaradılmayıbsa, həmin müəssisə
rəhbərləri seçicilər haqqında məlumatları
toplayıb dəqiqləşdirir, səsvermə gününə
azı 35 gün qalmış göstərilən
yerlərdə saxlanılan
seçicilərin səs verməsi üçün
müvafiq məntəqə seçki komissiyasına təqdim edirlər.
4.3. Barələrində həbs
qətimkan tədbiri seçilmiş və
inzibati qaydada
saxlanılan vətəndaşlar məntəqə seçki komissiyaları tərəfindən
ayrıca seçici siyahılarına daxil edilirlər. Bu cür məlumatlar (şəxsiyyət
vəsiqəsinin və ya onu
əvəz edən sənədin tam
göstəriciləri qeyd edilməklə)
səsvermə gününə ən azı 2 gün
qalmış vətəndaşın həbsi haqqında qərar
çıxarmış müvafiq məhkəmələr
və ya vətəndaşın inzibati qaydada
saxlanılması haqqında qərar qəbul etmiş
müvafiq icra hakimiyyəti
orqanı tərəfindən məntəqə seçki komissiyalarına təqdim edilir.
4.4. Barələrində
həbs qətimkan tədbiri seçilmiş
və məhkəmənin qanuni qüvvəyə
minmiş hökmü
olmayan şəxslər istintaq
təcridxanaları rəhbərliyinin məntəqə seçki komissiyasına təqdim etdiyi məlumat əsasında seçici
siyahılarına daxil edilirlər.
4.5. Azadlıqdan
məhrumetmə yerlərində, istintaq təcridxanalarında
və müvəqqəti saxlama yerlərində
seçki məntəqəsi
yaradılmadıqda, habelə həmin yerlərdə olan seçicilər yazılı ərizə
ilə müraciət etdikdə göstərilən yerlərdə
səsvermənin keçirilməsini yaxın ərazidə
yerləşən müvafiq məntəqə
seçki komissiyası təmin edir.
4.6. Bu Təlimatın 4.5-ci bəndində
göstərilən seçicilərin səs verməsi onlar haqqında seçicilər
siyahısına daxil edilmək üçün məlumat verilmiş
müvafiq məntəqə seçki komissiyası tərəfindən
daşınan seçki qutusu
ilə Seçki Məcəlləsinin
105-ci maddəsində nəzərdə tutulmuş
qaydada təşkil edilir.
4.7. İstintaq təcridxanalarında
saxlanılan, habelə cəzaçəkmə müəssisələrində
cəza çəkən səsvermə hüququ
olan şəxslər Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının müəyyən etdiyi
Siyahıda göstərilən və
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Penitensiar Xidməti tərəfindən verilmiş
şəxsiyyət vəsiqəsini əvəz edən sənədlə
səs verirlər (həmin sənədin forması Mərkəzi
Seçki Komissiyası ilə
razılaşdırmaqla Ədliyyə Nazirliyi
tərəfindən təsdiq olunur).
5. Yekun
müddəalar
5.1. Bu Təlimat qüvvəyə mindiyi gündən
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 12 iyun 2003-cü il tarixli 11/71 saylı qərarı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Prezidentinin seçkilərində Dövlət bayrağı
altında üzən gəmilərdə, Xəzər dənizinin
Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən
neft platformasında və neft hasilatı platformalarında, xəstəxanalarda,
sanatoriyalarda, istirahət evlərində,
azadlıqdan məhrumetmə yerlərində, istintaq təcridxanalarında
seçkilərin təşkili haqqında" Təlimat, Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 8
yanvar 2009-cu il tarixli 1/4-3 saylı qərarı ilə təsdiq
edilmiş "Referendum zamanı Azərbaycan
Respublikasının Dövlət bayrağı altında
üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan
Respublikasına məxsus sektorunda yerləşən neft
platformasında və neft hasilatı platformalarında, xəstəxanalarda,
sanatoriyalarda, istirahət evlərində,
azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında
səsvermənin təşkili haqqında" Təlimat
qüvvədən düşmüş hesab edilir.
Azərbaycan.
- 2013.- 8 avqust.- S. 8.