Yardımlının
yaşayış məntəqələrinin
qazlaşdırılması davam edir
Regionların sosial-iqtisadi inkişafına dair
ikinci Dövlət Proqramında müəyyən
olunmuş tədbirlərə müvafiq olaraq,
Yardımlı rayonunun yaşayış məntəqələrinin
qazlaşdırılması davam edir.
Bu il rayonun Bilnə və Bozayran
kəndlərinə təbii qaz verilmişdir. Beləliklə, təbii qaz istehlakçılarının sayı əhali
sektoru üzrə 1557-yə, qeyri-əhali
sektorunda isə 14-ə
çatmışdır. Həmçinin Yardımlı şəhərinin
daha bir küçəsində
qazlaşma işləri başa
çatdırılmışdır. Başqa
bir küçəyə, eləcə də
Qabaqdibi və
Mişkireyn kəndlərinə qaz xəttinin çəkilişi isə davam edir. Hazırda rayonun 8 yaşayış məntəqəsi təbii
qazdan istifadə edir.
Azərbaycan. - 2013.-
8 avqust.- S. 10.