Əhalinin elektrik enerjisi ilə normal təmin olunması üçün tədbirlər görülür

 

Qazax rayonunda əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün tədbirlər həyata keçirilir.

Belə ki, cari ilin yanvar-iyun aylarında 10 kilovoltluq hava xəttində 1,19, 0,4 kilovoltluq hava xəttində isə 6,4 kilometr cari təmir işləri aparılmış, 37 yararsız dayaq yenisi ilə əvəz edilmiş, 1 zədəli transformator əsaslı, 15  transformator cari təmir olunaraq istismara verilmişdir. Bundan əlavə, yeni tikilmiş 148 evə sayğaclar quraşdırılmış, 1,9 kilometr elektrik xətti çəkilmiş, 546 ədəd zədəli sayğaclar yenisi ilə əvəz edilmişdir.

 

Azərbaycan. - 2013.- 8 avqust.- S. 10.