Ağdaşda kənd təsərrüfatı
məhsullarının istehsalı artmışdır
Rayonda yeni istehsal müəssisələri
də tikilir
Ağdaş rayonunun kənd təsərrüfatı məhsullarının
istehsalı sahəsində artım qeydə
alınmışdır.
Bu il 16 min 274 hektar
sahədə taxıl, 4 min 416 hektar sahədə tərəvəz, 1343 hektar sahədə dən qarğıdalı,
1481 hektar sahədə çəltik, 1204
hektar sahədə kartof,
1531 hektar sahədə bostan,
30 hektar sahədə şəkər çuğunduru, 6 min 155 hektar sahədə yonca əkilmişdir. Hazırda əkin sahələrindən
məhsul yığımı davam edir.
Ötən illə
müqayisədə kənd təsərrüfatı məhsullarının
əkin sahəsi və istehsalı xeyli
artmışdır. Bakı şəhərində təşkil
edilmiş kənd təsərrüfatı
məhsullarının satışı yarmarkalarına 45 tondan çox müxtəlif
kənd təsərrüfatı məhsulları
çıxarılmışdır.
Məlumatda o da qeyd olunur ki, məhsul
istehsalının artırılması üçün aqrar
sektorda çalışanlara güzəştli qiymətlərlə
302,6 ton gübrə satılmışdır.
Ağdaşda heyvandarlığın inkişaf etdirilməsi üçün
yem bitkilərinin əkini sahələrinin
genişləndirilməsinə də diqqət
artırılmışdır. Qüvvəli və qaba yem istehsalının
artırılması məqsədilə cari
ildə
5 min
381 hektar sahəyə arpa,
1343 hektar sahəyə
qarğıdalı, 6 min 443 hektar sahəyə təzə yonca
əkilmiş, mövcud olan
6 min 575 hektar yonca sahəsində aqrotexniki
qulluq işləri
aparılmışdır. Hazırda rayonda
qaba yem tədarükü
görülür. Qaramalın
qışlaması üçün kifayət
qədər qaba və qüvvəli yemin tədarük olunması nəzərdə
tutulmuşdur. Məlumat üçün
bildirək ki, rayonda
qaramalın sayı 74,2 min, davarın
sayı isə 91,4 mindən çoxdur.
Digər bir
məlumatda isə bildirilir ki, regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrası sayəsində
rayonda yeni istehsal müəssisələri
yaradılır. Hazırda "Orelay" şirniyyat istehsalı müəssisəsinin yeni istehsal sexinin,
beton istehsalı zavodunun
tikintisində son tamamlama
işləri aparılır, qarışıq yem,
kərpic və dam örtükləri
istehsalı müəssisələri tikilir.
Rayon ərazisində biyan istehsalı müəssisəsinin
yaradılmasına və bu məqsədlə
1000 hektar sahədə biyan
yetişdirilməsinə də
başlanılmışdır.
Azərbaycan. - 2013.-
8 avqust.- S. 10.