Heydər Əliyev Fondunun dəstəyi ilə IV muğam
televiziya müsabiqəsi
başlamışdır
Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Mədəniyyət
Fondunun layihəsi əsasında IV muğam televiziya
müsabiqəsi başlamışdır.
AzərTAc xəbər
verir ki, müsabiqənin
ilk günü
maraqlı ifalarla yadda
qalmışdır. Əvvəlcə seçim
turları nəticəsində Beynəlxalq Muğam
Mərkəzində çıxış etmək hüququ qazanan 21 gəncdən
11-i tamaşaçılara təqdim olunmuşdur. Sonra
"Muğam" instrumental
ansamblının müşayiəti ilə xanəndələr
öz məharətlərini göstərmişlər.
Bu gənclər
müxtəlif rayon və şəhərlərdə
aparılan dinləmələrdə yaşıdlarından
seçilən istedad sahibləridirlər.
Ümumilikdə 500-dən çox gəncin
iştirak etdiyi birinci turdan növbəti
mərhələyə 48 xanəndə vəsiqə
almış, onlardan isə 21-i Bakı səhnəsində
ifa
etmək hüququ qazanmışdır.
Artıq bir ənənəyə
çevrilən və dördüncü
dəfədir ki, keçirilən muğam televiziya
müsabiqəsinin münsiflər heyəti də həmişə
olduğu kimi peşəkarlardan
ibarətdir.
Maraqlı ifalarla yadda qalan müsabiqənin birinci
günündə gənc xanəndələrin ifasında
"Sona bülbüllər", "Küçələrə
su səpmişəm", "Şuşanın
dağları" və digər xalq mahnıları, eləcə
də təsniflər tamaşaçılara təqdim
olunmuşdur.
Dördüncü muğam
televiziya müsabiqəsi həftədə
iki dəfə - çərşənbə
axşamı və cümə axşamı sənətsevərlərin
görüşünə gələcəkdir. Müsabiqənin
bütün konsertləri Azərbaycan
Televiziyası ilə canlı yayımlanacaqdır.
Azərbaycan. - 2013.-
8 avqust.- S. 11.