Kseniya Başmet:
«Qəbələdə insanların qonaqpərvərliyi və
musiqi duyumu məni heyran etdi»
"Qəbələdə
insanların qonaqpərvərliyi və musiqi
duyumu məni heyran etdi. Belə bir gözəl
məkanda səhnəyə çıxmaq mənə unudulmaz anlar
yaşatdı. Dağlar, çayların
şırıltısı, ucsuz-bucaqsız
yaşıllıqlar və klassik musiqidən
daha gözəl nə ola
bilər?! Festivala dəvət olunduğumdan çox şadam".
Bu sözləri
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının
iştirakçısı, əfsanəvi musiqiçilər ailəsində dünyaya gəlmiş, bir
sıra beynəlxalq musiqi
festivallarının qalibi Kseniya
Başmet AzərTAc-a müsahibəsində
demişdir.
Festivala ilk dəfə qatıldığını
diqqətə çatdıran Kseniya Başmet bu möhtəşəm
incəsənət bayramının təşkilatçılığını
yüksək qiymətləndirmişdir.
Kseniya Başmet
demişdir: "Qəbələ
Bakıdan uzaqda yerləşsə də,
konsertlərə paytaxtdan və bölgələrdən
xeyli sayda musiqisevərin
gəldiyinin şahidi oldum.
Bu da heç
şübhəsiz ki, festivalın yüksək
səviyyədə təşkilinin və keyfiyyətinin
göstəricisidir. Konserti atam Yuri Başmetin
tamaşaçı kimi izləməsi məni
daha gözəl ifa
etməyə ruhlandırırdı. Düşünürəm
ki, ifamla fikirlərimi
tamaşaçılara ötürə bildim".
Festivalın işinə uğurlar arzu edən musiqiçi gələn il
də bu möhtəşəm tədbirə
qatılmaq arzusunu etiraf
etmişdir.
Azərbaycan. - 2013.-
8 avqust.- S. 12.