İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın Azərbaycana rəsmi səfəri

 

Rəsmi qarşılanma mərasimi

 

Avqustun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İtaliya Nazirlər Şurasının Prezidentinə raport verdi.

İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İtaliya Nazirlər Şurasının Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettaya, İtaliya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta rəsmi foto çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 13 avqust.- S. 1.