Azərbaycan Prezidenti
İlham Əliyevin və İtaliya
Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
Avqustun 11-də rəsmi
qarşılanma mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya
Respublikası Nazirlər Şurasının Prezidenti
Enriko Lettanın təkbətək görüşü olmuşdur.
Görüşdə
ölkələrimiz arasında ikitərəfli münasibətlərin
siyasi, iqtisadi, energetika, mədəniyyət, humanitar
və digər sahələrdə uğurla
inkişafından dərin məmnunluq ifadə olundu.
Əlaqələrimizin bundan sonra da genişlənməsi
üçün yaxşı imkanların
olduğu qeyd edildi və əməkdaşlığımızın
möhkəmlənəcəyinə əminlik bildirildi.
İtaliya Respublikası Nazirlər
Şurasının Prezidenti Enriko Lettanın Azərbaycana rəsmi səfərinin
ölkələrimiz arasında əməkdaşlığın
daha da möhkəmləndirilməsi
baxımından əhəmiyyəti vurğulandı.
Görüşdə ikitərəfli,
regional və beynəlxalq məsələlər
barədə fikir mübadiləsi
aparıldı.
AzərTAc
Azərbaycan. - 2013.- 13 avqust.- S. 1.