Ali qonağın şərəfinə
Avqustun 11-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə
rəsmi səfərdə olan İtaliya Respublikası Nazirlər
Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi
ziyafət verilmişdir.
Azərbaycan Prezidenti İlham
ƏLİYEV ziyafətdə çıxış edərək
dedi:
- Cənab Baş
nazir!
Əziz dostlar,
əziz qonaqlar!
Bir
daha sizi Azərbaycanda salamlayıram.
Səfəriniz doğrudan da
tarixidir. O, bizim münasibətlərimizin tarixinə
İtaliya Baş nazirinin ilk səfəri kimi düşəcəkdir.
Bu, çox vacib
və mühümdür,
əməkdaşlığın və dostluğun yaxşı əlamətidir.
Eyni zamanda, bu gün
apardığımız müzakirələr
nöqteyi-nəzərindən səfəriniz çox əhəmiyyətlidir. Biz
ikitərəfli əlaqələrin,
regional əməkdaşlığın bir çox sahələrinə toxunduq.
Müzakirələrimizi indi nahar zamanı da davam etdirəcəyik.
Ölkələrimiz arasında dostcasına, çox sabit, gözlənilən,
qarşılıqlı dəstəyə,
anlaşmaya və hörmətə əsaslanan
münasibətlərin inkişafından
məmnunluq ifadə etmək istərdim.
Bu gün müzakirə
etdiyimiz kimi, bu münasibətlər Avropa İttifaqı-Azərbaycan
əlaqələri üçün
də mühümdür.
Avropa İttifaqı-Azərbaycan münasibətlərinə
verdiyi dəstəyə
görə ölkənizə
minnətdarıq və
ümid edirəm ki, qarşıdakı aylarda və illərdə bizi çoxlu yeniliklər gözləyir. Əminəm ki, səfərdən sonra biz iqtisadi sahədə daha fəal əməkdaşlığın
şahidi olacağıq,
çünki enerji layihələri bizim ölkələri daha da əlaqələndirəcək
və əlaqələrimiz
davamlı inkişaf edərək xalqlarımızın
mənafeyinə xidmət
edəcəkdir.
İtaliya Nazirlər Şurasının
Prezidenti Enriko LETTA çıxış edərək
dedi:
-
Cənab Prezident, məndə belə bir hiss vardır ki, bu gün
İtaliya ilə Azərbaycan arasında münasibətlər dəyişir.
Mən bunu məmnuniyyətlə
qeyd edirəm. Bu gün biz münasibətlərimizin
əsasını qoyuruq
və bu da əlaqələrimizin gələcəyi üçün
çox əhəmiyyətlidir.
Bu, bizim üçün
çox əhəmiyyətlidir.
Bizim gördüyümüz işlərə
marağımız böyükdür
və bu, gələcəkdə də
belə olacaqdır.
Gələcək əməkdaşlığımız
enerji sahəsindən
başlayacaq və əminəm ki, əlaqələrimiz enerji
ilə yanaşı, müxtəlif nikbin və konkret sahələri də əhatə edəcəkdir.
Düşünürəm ki, bizim indi ikitərəfli gündəliyimiz vardır
və biz gündəliyimizə
əsasən müəyyən
etdik ki, ölkələrimiz ilk növbədə
enerji və əlbəttə, iqtisadi,
eləcə də siyasi və mədəniyyət sahələrində
birlikdə çalışmağa
hazırdır. Sizin 2015-ci ildə
tərəfimizdən keçiriləcək
sərgidə iştirakla
bağlı verdiyiniz qərar güclü iradə və dostluğun çox əhəmiyyətli göstəricisidir.
Əlbəttə, mən çox
şadam ki, gələcəkdə italiyalılar
Azərbaycanı daha yaxşı tanıyacaqlar.
Mənim
bu gün buraya səfərim italyanlara Azərbaycanın
necə bir ölkə olduğunu, eyni zamanda, bizim
tərəfdaşlığımızın
necə bir strateji tərəfdaşlıq
daşıdığını anlamağa kömək edəcəkdir. Bilirəm ki,
ölkələr arasındakı
strateji əlaqələr
hökumətlər və
təşkilatların işləməsini
tələb edir.
Eyni zamanda, onu da
bilirəm ki, şəxsi münasibətlər
də buna öz töhfəsini verəcəkdir. Əminəm ki, bu gün
müzakirə etdiyimiz
məsələlər və
onların həlli yolları, eləcə də hərbi, NATO, Əfqanıstan və digər mühüm sahələrdə əməkdaşlıqla
bağlı fikirlərimiz
mühüm əhəmiyyət
kəsb edir. Avropa İttifaqının bir hissəsi olaraq biz Azərbaycanın dostuyuq.
Biz məsələlərin
müsbət həllini
tapmağa çalışacağıq.
Biz yenidən Vilnüsdə görüşəcəyik
və ümid edirəm ki, Vilnüs toplantısı yeni nailiyyətlərin əldə olunmasına imkan verəcəkdir.
AzərTAc
Azərbaycan. - 2013.- 13 avqust.- S. 3.