Şəhidlərin
xatirəsinə ehtiram
İtaliya Respublikası Nazirlər
Şurasının Prezidenti Enriko Letta Azərbaycan
Respublikasına rəsmi səfəri çərçivəsində
avqustun 11-də Şəhidlər
xiyabanını ziyarət etmişdir.
Burada İtaliya
hökuməti başçısının şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
İtaliya
Respublikası Nazirlər Şurasının Prezidenti
və nümayəndə heyətinin üzvləri Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü
uğrunda mübarizədə
canlarından keçmiş qəhrəman
Vətən övladlarının məzarlarını ziyarət
etdilər.
İtaliya Nazirlər
Şurasının Prezidenti Enriko Letta "Əbədi
məşəl" abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İtaliyanın və Azərbaycanın
dövlət himnləri səsləndi.
AIi qonağa
Şəhidlər xiyabanının tarixi
və paytaxtımızda görülən abadlıq-quruculuq
işləri barədə məlumat verildi.
İtaliya hökumətinin
başçısı Enriko Letta Azərbaycan paytaxtının mənzərəsini
seyr etdi.
AzərTAc
Azərbaycan. - 2013.- 13 avqust.- S. 3.