Azərbaycan və Koreya Respublikası arasında hərbi əməkdaşlığın
perspektivləri müzakirə olunmuşdur
Azərbaycan
Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Koreya Respublikası müdafiə nazirinin müavini Baek Seunq Joonu
ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, S.Əbiyev Koreya Respublikası ilə Azərbaycan
arasında son illər əlaqələrin
gücləndiyini və bu prosesin
bütün sahələri əhatə etdiyini bildirmişdir. Hərbi
sahədə əməkdaşlığın
qurulmasının vacibliyini önə
çəkən nazir artıq bu məqsədlə hərbi memorandumun
imzalanmaya hazır olduğunu
koreyalı qonağın diqqətinə
çatdırmışdır.
Bildirilmişdir ki, bu sənədin tezliklə qüvvəyə
minməsi gələcəkdə hərbi əməkdaşlığın
daha da inkişaf
etdirilməsi üçün yeni imkanlar
açacaqdır.
Hərbi təhsil sahəsində
qarşılıqlı əlaqələrin yaradılması
barədə də müzakirələr
aparılmışdır.
Geniş fikir
mübadiləsi şəraitində keçən
görüşdə hər iki regionda mövcud hərbi-siyasi
vəziyyətə də toxunulmuşdur.
Görüşdə Koreya Respublikasının Azərbaycandakı səfiri
Çoi Suk İn iştirak etmişdir.
Azərbaycan. - 2013.- 13 avqust.- S. 6.