Əmlak Məsələləri
Dövlət Komitəsinin sədri Xaçmazda
vətəndaşları qəbul etmişdir
Avqustun 12-də Əmlak Məsələləri
Dövlət Komitəsinin sədri Kərəm Həsənov Xaçmazda vətəndaşları qəbul
etmişdir.
Daşınmaz
Əmlakın Dövlət Reyestri Xidmətinin
Xaçmaz Ərazi İdarəsində
keçirilən qəbulda bu rayondan, eləcə də Quba,
Qusar, Şabran, Siyəzən
və Xızı rayonlarından olan vətəndaşların
müraciətlərinə baxılmışdır.
Komitənin müvafiq struktur rəhbərlərinin
də iştirak etdikləri qəbulda vətəndaşların
daşınmaz əmlaklara dair
hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının
özəlləşdirilməsi və icarəyə verilməsi,
həmçinin komitənin digər fəaliyyət istiqamətinə
aid
olan məsələlər barədə
müraciətləri dinlənilmişdir. Bəzi vətəndaşların
müraciətləri yerindəcə qanunamüvafiq
olaraq operativ surətdə
həllini tapmışdır.
Qəbulda bir sıra vətəndaşlarla müvafiq izahat işləri
aparılmış, onlara digər qurumlarla, o cümlədən
bələdiyyələr, yerli icra hakimiyyəti orqanları ilə
bağlı qeydiyyat üçün
zəruri olan əlaqəli sənədlərin
əldə edilməsinin vacibliyinə dair
tövsiyələr verilmişdir.
Qəbul zamanı bəzi
müraciətlər qeydiyyata götürülmüş, qanunauyğun
şəkildə araşdırılaraq lazımi tədbirlərin
görüləcəyi, bununla
bağlı həmin vətəndaşlara operativ
məlumat veriləcəyi bildirilmişdir.
AzərTAc
Azərbaycan. - 2013.- 13 avqust.- S. 6.