Sinqapur Respublikasının
Prezidenti zati-aliləri
cənab Toni Tan Kenq Yama
Hörmətli cənab Prezident!
Sinqapur
Respublikasının milli
bayramı münasibətilə
Sizə və bütün xalqınıza
Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi
yetirirəm.
İnanıram ki, Azərbaycan-Sinqapur
əlaqələri bundan
sonra da dostluq və əməkdaşlıq zəminində
inkişaf edərək,
xalqlarımızın rifahına
xidmət edəcəkdir.
Bu
əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Sinqapur
xalqına isə daim sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 13 avqust.- S. 4.