F.S.Mirzəyevin Azərbaycan
Respublikasının Çex
Respublikasının Karlovı Varı şəhərində
fəxri konsulu təyin edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Fəxrəddin Saib oğlu Mirzəyev Azərbaycan
Respublikasının Çex
Respublikasının Karlovı Varı şəhərində
fəxri konsulu təyin edilsin.
2. Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi
bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
12 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 13 avqust.- S. 4.