2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Yeni
Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham
Heydər oğlu Əliyevin namizədliyinin
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar
¹ 9/68
Yeni Azərbaycan
Partiyasının 7 iyun 2013-cü il tarixli V
Qurultayının və həmin partiyanın İdarə Heyətinin
5 avqust 2013-cü il tarixli iclasının qərarları ilə
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan
Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu
Əliyevin namizədliyi irəli sürülmüşdür.
Namizədliyin irəli
sürülməsinin təsdiq edilməsi üçün
sənədlər 2013-cü il avqustun 5-də partiyanın səlahiyyətli
nümayəndəsi tərəfindən Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq
edilməsi üçün əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
56 və 100-cü, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 52 və 54-cü maddələrinə
əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Yeni
Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham
Heydər oğlu Əliyevin namizədliyi
təsdiq edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
10.08.2013
Azərbaycan. - 2013.- 13 avqust.- S. 4.