2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Azadlıq Partiyası tərəfindən
irəli sürülmüş Əhməd
Abdul oğlu Orucovun
namizədliynin təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar
¹ 10/71
Azadlıq Partiyası Ali Şurasının
5 avqust 2013-cü il tarixli iclasının qərarı
ilə 2013-cü il oktyabrın 9-da keçiriləcək
Azərbaycan Respublikası
Prezidentinin seçkilərində
Azadlıq Partiyasının
sədri Əhməd
Abdul oğlu Orucovun namizədliyi irəli sürülmüşdür.
Namizədliyin irəli sürülməsinin
təsdiq edilməsi üçün sənədlər
2013-cü il avqustun 6-da partiyanın səlahiyyətli nümayəndəsi
tərəfindən Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyası
bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin
təsdiq edilməsi üçün əsasların
olmasını müəyyən
etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək,
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
56 və 100-cü, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 52 və 54-cü maddələrinə
əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Azadlıq Partiyası tərəfindən
irəli sürülmüş Əhməd
Abdul oğlu Orucovun namizədliyi təsdiq edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
11.08.2013
Azərbaycan. - 2013.- 13 avqust.- S. 5.