2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində Azadlıq Partiyasının səlahiyyətli
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar
№ 10/72
2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində Azərbaycan Respublikasının
Prezidentliyinə namizəd irəli sürmüş
Azadlıq Partiyası Ali
Şurasının 5 avqust 2013-cü il tarixli iclasının 2
və 3 saylı qərarları ilə səlahiyyətli
nümayəndə və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndə təyin etmiş və
həmin şəxsin qeydə alınması üçün
müvafiq sənədləri Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparıb, həmin şəxsin qeydə
alınması üçün əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd
edilənləri əsas götürərək, Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 52-ci maddələrinə
əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində Əli Muxtar oğlu Rza Azadlıq
Partiyasının səlahiyyətli və maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
11.08.2013
Azərbaycan. - 2013.- 13 avqust.- S. 5.