2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində aşağıdakı şəxslərin
Yeni Azərbaycan Partiyasının səlahiyyətli
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndəsi kimi qeydə
alınması haqqında Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar
¹ 9/69
2013-cü
il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası
Prezidentinin seçkilərində
Azərbaycan Respublikasının
Prezidentliyinə namizəd
irəli sürmüş
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 2013-cü il 5 avqust tarixli 2 saylı iclasının qərarı ilə səlahiyyətli nümayəndələr
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndə
təyin etmiş və həmin şəxslərin qeydə
alınması üçün
müvafiq sənədləri
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına təqdim
etmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyası
bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə
alınması üçün
əsasların olmasını
müəyyən etmişdir.
Yuxarıda qeyd
edilənləri əsas götürərək, Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 52-ci maddələrinə
əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində aşağıdakı şəxslər
Yeni Azərbaycan Partiyasının səlahiyyətli
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndəsi kimi qeydə
alınsınlar:
1.1. Səlahiyyətli
nümayəndələr:
- Yeni
Azərbaycan Partiyası sədrinin müavini,
Azərbaycan Respublikası Milli Məclisinin
deputatı Əli Cavad oğlu
Əhmədov;
- Yeni
Azərbaycan Partiyası icra katibinin müavini, Azərbaycan
Respublikası Milli Məclisinin deputatı
Mübariz Qəhrəman oğlu
Qurbanov.
1.2. Maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndə:
- Yeni
Azərbaycan Partiyası icra katibinin müavini, Azərbaycan
Respublikası Milli Məclisinin deputatı
Siyavuş Dünyamalı oğlu
Novruzov.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
10.08.2013
Azərbaycan. - 2013.- 13 avqust.- S. 5.