Bəzi seçki
dairələrinin hüdudlarında, dislokasiyalarında və qrafik təsvirlərində dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar
¹ 11/75
Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin tələbləri əsasında Azərbaycan
Respublikasının ərazisində müvafiq
seçki dairələri yaradaraq
onların hüdudlarını və dislokasiyalarını
müəyyən etmiş, sxem və qrafik təsvirlərini
təsdiq etmişdir. Seçki dairələrinin
Azərbaycan Respublikası seçki qanunvericiliyinin tələblərinə uyğun olmasını təmin etmək məqsədilə
Mərkəzi Seçki Komissiyası tərəfindən
mütəmadi olaraq qanunvericilikdə nəzərdə
tutulmuş qaydada və
müddətdə müvafiq tədbirlər
görülür.
Tovuz rayonunun inzibati ərazi
bölgüsündə qismən dəyişikliklər edilməsi
haqqında 7 mart 2012-ci il
tarixli 310-IVQ saylı Qanunun
icrası ilə əlaqədar 105 saylı Tovuz
və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairələrinin hüdudlarında,
Azərbaycan Respublikasının Balakən rayonunun
inzibati ərazi bölgüsündə qismən
dəyişikliklər edilməsi haqqında 6 may
2011-ci il tarixli 106-IVQ
saylı Qanunun icrası ilə əlaqədar
109 saylı Balakən və 111 saylı Zaqatala-Balakən seçki dairələrinin hüdudlarında,
Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi
bölgüsündə qismən dəyişikliklər edilməsi
haqqında 22 iyun 2010-cu il tarixli 1055-IIIQ saylı Qanunun icrası ilə əlaqədar 110
saylı Zaqatala və 111 saylı
Zaqatala-Balakən seçki dairələrinin
hüdudlarında, habelə cari ilin seçici
siyahıları yenidən tərtib edildikdən sonra seçki dairələrinin
sərhədlərinin müəyyən edilməsi üzrə
komissiya tərəfindən
seçki dairələrinin Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
29.3-cü və 29.7-ci maddələrinə uyğunluğunu
təmin etmək məqsədilə müəyyən edilmiş digər əsaslara görə müvafiq olaraq 8 saylı
Binəqədi birinci seçki
dairəsi, 9 saylı Binəqədi ikinci seçki dairəsi,
22 saylı Nəsimi ikinci seçki
dairəsi, 23 saylı Nəsimi-Səbail seçki
dairəsi, 24 saylı Nizami birinci seçki dairəsi,
25 saylı Nizami ikinci
seçki dairəsi, 39 saylı Kəpəz
birinci (Gəncə) seçki
dairəsi və 40 saylı Kəpəz ikinci
(Gəncə) seçki dairəsinin
hüdudlarında, dislokasiyalarında və qrafik
təsvirlərində dəyişikliklərin
aparılması zərurəti yaranmışdır.
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
29.6-cı maddəsinə əsasən seçki
dairələrinin sərhədlərinin müəyyən
edilməsi üzrə komissiyanın iclasları hər il vahid seçici
siyahıları dəqiqləşdirildikdən sonra iki aydan
gec olmayaraq keçirilir. Göstərilən
komissiyanın əsas məqsədi seçki
dairələrinin bu Məcəllənin
29.3-cü və 29.7-ci maddələrinə cavab
verməsinin təmin edilməsidir.
Qeyd edilənlərə əsasən,
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 29-cu, 19.4-cü və 28.4-cü maddələrinə
uyğun olaraq qərara alır:
1. Aşağıda
göstərilən seçki dairələrinin
hüdudlarında, dislokasiyalarında və qrafik
təsvirlərində qismən dəyişikliklər edilsin:
1.1. 9 saylı Binəqədi
ikinci seçki dairəsinin
dislokasiyasına aid olan
1238 seçici qeydə alınmış
30 saylı seçki məntəqəsinin
ərazisi tam şəkildə 8 saylı
Binəqədi birinci seçki
dairəsinin hüdudlarına daxil edilsin;
1.2. 22 saylı Nəsimi ikinci seçki dairəsinin
dislokasiyasına aid olan
2747 seçici qeydə alınmış
28 və 29 saylı seçki məntəqələrinin
əraziləri tam şəkildə 23
saylı Nəsimi-Səbail seçki dairəsinin
hüdudlarına daxil edilsin;
1.3. 24 saylı Nizami birinci seçki dairəsinin dislokasiyasına daxil olan 1494 seçici qeydə alınmış 11
saylı seçki məntəqəsinin ərazisi
tam şəkildə 25 saylı Nizami ikinci seçki
dairəsinin hüdudlarına daxil edilsin;
1.4. 39
saylı Kəpəz birinci (Gəncə) seçki dairəsinin dislokasiyasına aid olan 2488 seçici
qeydə alınmış 25 və 26 saylı seçki
məntəqələrinin əraziləri tam
şəkildə 40 saylı Kəpəz ikinci
(Gəncə) seçki dairəsinin
hüdudlarına daxil edilsin;
1.5. 40
saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin dislokasiyasına aid olan 4418 seçici
qeydə alınmış 5, 6 və 7 saylı seçki
məntəqələrinin əraziləri tam
şəkildə 39 saylı Kəpəz birinci
(Gəncə) seçki dairəsinin
hüdudlarına daxil edilsin;
1.6. 105
saylı Tovuz seçki
dairəsinin dislokasiyasına aid olan 1148 seçici qeydə
alınmış 3 saylı seçki məntəqəsinin
əhatə etdiyi Abulbəyli kəndinin
276,19 ha olan ərazisi tam, 1 saylı seçki məntəqəsi ərazisinin 454 seçici qeydə alınmış bir hissəsi və 2 saylı seçki məntəqəsi
ərazisinin 268 seçici qeydə
alınmış bir hissəsi, 4 saylı
seçki məntəqəsinin əhatə
etdiyi Bozalqanlı kəndinin 329 seçici qeydə alınmış, sahəsi
36,73 ha olan bir hissəsi və 6
saylı seçki məntəqəsinin əhatə
etdiyi Düz
Cırdaxan kəndinin sahəsi
28,5 ha olan, 104 seçici qeydə alınmış bir hissəsi 106 saylı Tovuz-Qazax-Ağstafa
seçki dairəsinin hüdudlarına daxil edilsin;
1.7. 111
saylı Zaqatala-Balakən seçki dairəsinin
dislokasiyasına aid olan
38 saylı seçki məntəqəsi ərazisinin
əhatə etdiyi Hənifə kəndinin
sahəsi 548,99 ha olan
317 seçici qeydə
alınmış bir hissəsi, 36
saylı seçki məntəqəsi ərazisinin
əhatə etdiyi Mahamalar
kəndinin sahəsi 70,69 ha olan
95 seçici qeydə alınmış bir hissəsi və 37 saylı seçki
məntəqəsi ərazisinin 358 seçici
qeydə alınmış bir hissəsi
109 saylı Balakən seçki dairəsinin
hüdudlarına daxil edilsin;
1.8. 110
saylı Zaqatala seçki
dairəsinin dislokasiyasına aid olan 10 saylı seçki məntəqəsi
ərazisini əhatə edən Aşağı Tala kəndinin
sahəsi 40,49 ha olan 14 seçici
qeydə alınmış bir hissəsi, 2 saylı seçki məntəqəsi ərazisinə aid
olan Car kəndinin ümumi sahəsi 12,37 ha,
Zilban kəndinin ümumi
sahəsi 45,90 ha olan
107 seçici qeydə alınmış bir hissəsi, 1 saylı seçki
məntəqəsi ərazisinin əhatə etdiyi
Kebeloba kəndinin ümumi
sahəsi 58,91 ha
olan 75 seçici qeydə
alınmış bir hissəsi, 13
saylı seçki məntəqəsinin ərazisini
əhatə edən Yuxarı Tala kəndinin
147,31 ha olan 2 seçici qeydə alınmış bir hissəsi, 16 saylı seçki
məntəqəsi ərazisinin 323 seçici
qeydə alınmış bir hissəsi
111 saylı Zaqatala-Balakən seçki
dairəsinin hüdudlarına daxil edilsin.
2. Qərarın icrası öz səlahiyyətləri daxilində Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyası Katibliyinə və müvafiq
dairə seçki komissiyalarına həvalə
edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12.08.2013
Azərbaycan. - 2013.- 13 avqust.- S. 5.