2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi öz
təşəbbüsü ilə irəli sürülmüş
İlqar Əli oğlu
Məmmədovun namizədliyinin təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar
№ 11/76
2013-cü il
oktyabrın 9-da keçiriləcək Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
İlqar Əli oğlu
Məmmədovun namizədliyi öz təşəbbüsü
ilə irəli sürülmüşdür.
Namizədliyin irəli
sürülməsinin təsdiq edilməsi üçün
sənədlər 2013-cü il avqustun 7-də namizədin özü
tərəfindən Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq
edilməsi üçün əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
56-cı və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə
əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi öz
təşəbbüsü ilə irəli sürülmüş
İlqar Əli oğlu
Məmmədovun namizədliyi təsdiq edilsin.
2. Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12.08.2013
Azərbaycan. - 2013.- 13 avqust.- S. 5.