Azərbaycanın müdafiə nazirinin amerikalı həmkarı ilə görüşü ABŞ mətbuatında işıqlandırılmışdır

 

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin ABŞ-a səfəri çərçivəsində Pentaqonda bu ölkənin müdafiə naziri Çak Heygel ilə görüşü Birləşmiş Ştatlar mətbuatında əhəmiyyətli şəkildə işıqlandırılmışdır.

ABŞ və Azərbaycan arasında terrorçuluq əleyhinə mübarizə, müdafiə islahatları və dəniz təhlükəsizliyi kimi sahələrdə uğurlu əməkdaşlığın təqdir edildiyi və Əfqanıstana maddi-texniki dəstək üçün quru, hava və dəniz tranzitinin təmin edilməsində Azərbaycanın oynadığı mühüm rolun vurğulandığı bu görüş barədə Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən yayılmış mətbuat açıqlaması "Reuters" agentliyi və "Yahoo! News" başda olmaqla çoxsaylı internet dərgiləri və səhifələrində dərc olunmuşdur:

 

httr://news.yahoo.com/abiyev-hagel-highlight-success-growing-u-azerbaiyan-defense-100000110.html

 

httr://www.reuters.com/article/2013/08/07/embassy-of-azerbaiyan-idUSnPNDC60247+1e0+PRN20130807

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 13 avqust.- S.6.