Kənd təsərrüfatı
naziri Şamaxı rayonunda
vətəndaşları qəbul edəcəkdir
Kənd təsərrüfatı
naziri İsmət Abasov
avqustun 16-da saat
11.00-da Şamaxı Ərazi Kənd Təsərrüfatı
İdarəsinin inzibati binasında
Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu, Qobustan və Abşeron rayonlarının sakinlərini qəbul
edəcəkdir.
Kənd Təsərrüfatı
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, qəbulda iştirak etmək istəyən vətəndaşların
qeydiyyatı və Şamaxı rayonuna gəlmələrinin
təşkili Şamaxı Ərazi Kənd Təsərrüfatı
İdarəsi tərəfindən həyata keçiriləcəkdir.
Əlaqə telefonu: (050) 386-18-14.
Azərbaycan. - 2013.- 13 avqust.- S. 6.