Məhkəmə-Hüquq
Şurasının növbəti iclası keçirilmişdir
Məhkəmə-Hüquq
Şurasının növbəti iclası keçirilmişdir.
Şuradan AzərTAc-a bildirmişlər ki, tədbirdə dövlət
başçısı İlham
Əliyevin tapşırıqlarına əsasən məhkəmə
sisteminin təkmilləşdirilməsi
üzrə son illər həyata
keçirilən tədbirlərin, o
cümlədən yeni regional
məhkəmələrin yaradılması, hakim
və məhkəmə aparatı işçilərinin ştat sayının iki dəfəyədək
artırılması, məhkəmə infrastrukturunun
yaxşılaşdırılması, məhkəmə
hakimiyyətinin özünüidarə funksiyalarının
genişləndirilməsinin ədalət mühakiməsinin
səmərəliliyinə əsaslı təsir göstərməsi
vurğulanmışdır.
Qeyd edilmişdir ki, məhkəmə
fəaliyyəti üçün hakimlərin
seçiminin mühüm
əhəmiyyəti nəzərə alınaraq bu sahədə mütərəqqi
qaydaların tətbiqinə başlanılmış,
çoxmərhələli şəffaf seçim
prosedurları nəticəsində son illər
ərzində 2600 namizəd sırasından 235 nəfər ən
layiqli hüquqşünas
seçilərək hakim vəzifələrinə
təyin edilmişlər. Hakimliyə 73 namizəd
isə bütün imtahanları uğurla başa vuraraq sonuncu mərhələyə
buraxılmışlar. Şura tərəfindən
ixtisaslaşma aparıldıqdan sonra onların hakim vəzifələrinə
təyin olunmaları üçün dövlət
başçısına təkliflər veriləcəkdir.
Təsadüfi
deyil ki, bu sahələrdə görülən
genişmiqyaslı işlər Avropa
Şurası və Avropa
İttifaqının böyük
marağına səbəb olmuş, Azərbaycan
təcrübəsi Avropa dövlətlərinə
nümunə göstərilərək bundan
yararlanmaq tövsiyə edilmişdir.
Fikrət Məmmədovun
sədrliyi ilə keçirilən iclasda
2008-ci ildə seçilib təyin edilmiş hakimlərin səlahiyyət müddətinin
bitməsi ilə əlaqədar prinsipial təhlillər
aparılmış, onların hər birinin
fəaliyyətinin yerində öyrənilməsi nəticələri,
yuxarı instansiya məhkəmələrinin rəyləri,
Ədliyyə Nazirliyinin təqdim etdiyi və digər məlumatlar ətraflı
müzakirə olunmuşdur. Bu zaman Azərbaycan Prezidenti İlham
Əliyevin siyasi iradəsi ilə korrupsiyaya qarşı qəti mübarizə
şəraitində bu sosial
bəlaya imkan yaradan hallara hakimlər tərəfindən yol verilib-verilməməsinə xüsusi diqqət yetirilmişdir.
Şurada səlahiyyət
müddəti bitən və fəaliyyəti müsbət dəyərləndirilən
32 hakimin yuxarı instansiya
məhkəmələrinə irəli çəkilməsi qeyd edilmiş, 64 hakimin müxtəlif birinci
instansiya məhkəmələrinə, həmçinin
sədr vəzifələrinə təyinatı, bir
qrup hakimin iş yerinin dəyişdirilməsi
barədə təkliflər verilmişdir.
Eyni zamanda, yol verdikləri ciddi nöqsan və çatışmazlıqlara
görə 3 məhkəmə sədrinin vəzifədən azad olunması, habelə 5 hakimin
səlahiyyətlərinə xitam verilməsi
qərara alınmışdır.
İclasda hakimlər
barədə başlanılmış intizam
icraatlarına baxılaraq qanunvericiliyin tələblərini
pozduqlarına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Qazax Rayon Məhkəməsinin
sədri İlham Nuriyevin
səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Şəki İnzibati
İqtisadi Məhkəməsinin hakimləri
Mübariz Hüseynov və Səadət Zeynalovanın
tutduqları vəzifələrdən azad
olunaraq başqa işə
keçirilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin
hakimi Abdulla İsgəndərovun
intizam məsuliyyətinə cəlb edilməklə
hakimlik səlahiyyətinə xitam verilməsi qərara
alınmışdır.
Məhkəmə fəaliyyətinin
təkmilləşdirilməsi və ədalət mühakiməsinin
səmərəliliyinin artırılması barədə
dövlət başçısının
tapşırıqlarının icrası üzrə tədbirlər
bundan sonra da davam etdiriləcəkdir.
Azərbaycan. - 2013.-
13 avqust.- S. 9.