Azərbaycan
ilə Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası arasında münasibətlərin
hazırkı vəziyyəti və əməkdaşlığın
perspektivləri müzakirə edilmişdir
Avqustun 12-də Azərbaycan
Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının (TDƏŞ) baş katibi Halil Akıncı ilə
görüşmüşdür
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan
ilə TDƏŞ arasında münasibətlərin
hazırkı vəziyyəti və əməkdaşlığın
perspektivləri müzakirə edilmişdir.
Halil Akıncı təmsil etdiyi təşkilatın fəaliyyətinə
Azərbaycanın verdiyi töhfələri yüksək qiymətləndirmişdir.
Görüşdə
həmçinin TDƏŞ-ə üzv
ölkələrin bu günlərdə Qəbələdə
keçiriləcək zirvə görüşü
müzakirə olunmuş, eləcə də
tərəfləri maraqlandıran digər məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan. - 2013.-
13 avqust.- S. 9.