Bundestaqın deputatı: Dağlıq
Qarabağ Azərbaycanın tərkib hissəsidir
Hakim Xristian
Demokratlar İttifaqı Partiyasından Almaniya parlamentinin
deputatı Tankret Şipanski
Almaniyada Azərbaycan tələbələri
şəbəkəsinin (ASN) Dağlıq Qarabağ
münaqişəsi ilə əlaqədar danışıqlar
prosesi barədə suallarına cavab vermişdir.
Şipanski BMT Təhlükəsizlik
Şurasının erməni silahlı dəstələrinin
Azərbaycanın işğal edilmiş ərazilərindən
çıxarılmasını tələb edən dörd qətnaməsinin AFR tərəfindən
dəstəklənməsi məsələsini şərh edərək
demişdir: "Biz BMT Təhlükəsizlik
Şurasının 1993-cü ildə qəbul etdiyi
qətnamələri dəstəkləyirik və həmin qətnamələrin
yerinə yetirilməsi üçün ümumavropa səviyyəsində səy
göstəririk. Dağlıq Qarabağ
Beynəlxalq hüquq normaları
baxımından Azərbaycan Respublikasının tərkib hissəsidir".
Almaniyalı deputat daha sonra
qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü
və bu ölkədə 1 milyon qaçqın və məcburi köçkün olması məsələləri
bir-biri ilə ayrılmaz şəkildə
bağlıdır. Şipanski demişdir: "Qaçqınların
məşəqqətlərinə mümkün
qədər tezliklə son qoyulması və
onların doğma yurdlarına təhlükəsiz
qayıtmasının təmin edilməsi üçün
Almaniya bu
münaqişənin dinc yolla
tənzimlənməsi prosesi ilə həm
ATƏT-in Minsk qrupunun
üzvü kimi, həm
də Avropa səviyyəsində məşğul
olur". Azərbaycanın
2004-cü ildən "Avropa qonşuluq siyasəti" proqramının üzvü olmasını xatırladan deputat Almaniyanın bu regionda sülhə və sabitliyə nail olmaq məsələsinə
xüsusi əhəmiyyət verməsini
vurğulamışdır. Şipanskinin
sözlərinə görə, Almaniya
Dağlıq Qarabağ münaqişəsinin
dinc yolla və tezliklə
həll edilməsi üçün bundan sonra da
fəal iş aparacaqdır.
Bundestaqın üzvü bu
münaqişədə ümumavropa səviyyəsində
vasitəçiliyin perspektivləri məsələsinə toxunaraq demişdir:
"Danışıqlar prosesində Avropa
İttifaqının vahid xətti
olması üçün ATƏT-in Minsk qrupunda Fransanın həmsədrliyini
Avropa İttifaqına vermək
olardı".
AzərTAc
Azərbaycan. - 2013.-
13 avqust.- S. 9.