Erməni silahlı birləşmələri cəbhə xəttində atəşkəs rejimini pozmaqda davam edirlər

 

Ermənistan ordusunun bölmələri avqustun 11-də və 12-də gecə Ermənistanın İcevan rayonunun AzatamutBerkaber kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Cəfərli və Qızılhacılı kəndlərində yerləşən mövqelərini atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ermənilər Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərini atəşə tutmuşlar.

Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Qızıloba, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz, Aşağı Əbdürrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulmuşdur. Düşmən cavab atəşi ilə susdurulmuşdur.

 

Azərbaycan. - 2013.- 13 avqust.- S. 9.