Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına səfəri

 

Təkbətək görüş

 

 

Avqustun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə səfərə gələn Rusiya Federasiyasının Prezidenti Vladimir Putini qarşıladı.

Dövlət başçıları rəsmi foto çəkdirdilər

Sonra Azərbaycan Rusiya prezidentləri arasında təkbətək görüş oldu. 

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

 

- Hörmətli Vladimir Vladimiroviç! Sizi görməyə çox şadam! Azərbaycana xoş gəlmisiniz! Əminəm ki, səfəriniz münasibətlərimizə əlavə impuls verəcəkdir. Əlaqələrimiz çox dinamik, müsbət uğurla inkişaf edir. Münasibətlərimiz bir çox sahələri əhatə edir. Bu gün həm gündəlikdə duran ikitərəfli münasibətləri, həm regional məsələləri müzakirə etmək imkanımız olacaqdır. Gündəliyimiz kifayət qədər genişdir. İqtisadiyyatda gözlədiyimizdən çox yaxşı nəticələr vardır. Ənənəvi olaraq humanitar sahədə yaxşı nəticələr perspektivlər mövcuddur. Başqa sözlə, münasibətlərimiz çox uğurla inkişaf edir. Sizin səfərinizin əlaqələrimizin inkişafında əlbəttə ki, xüsusi yeri vardır. Əminəm ki, səfərdən sonra əlaqələrimizin müsbət dinamikası davam edəcəkdir. Bir daha Sizi ürəkdən salamlayıram. Xoş gəlmisiniz!

 

* * *

 

Rusiya Federasiyasının Prezidenti Vladimir PUTİN dedi:

 

- İlham Heydər oğlu! Dəvətə görə dərin təşəkkür edirəm! Həqiqətən, ölkələrimiz arasında münasibətlər kifayət qədər uğurla inkişaf edir. Dünya iqtisadiyyatındakı çətin vəziyyətə baxmayaraq, ötən il əmtəə mübadiləsinin artımı 48 faizdən çox olub - təqribən 50 faiz. Bu, bizim üçün rekordlardan biridir. Rusiya Azərbaycan ilə ticari-iqtisadi əlaqələrdə liderlərdəndir ikinci yeri tutur, ticarət dövriyyəsi artır. Həm Rusiya, həm Azərbaycan tərəfindən ticarət dövriyyəsinin strukturu kifayət qədər sanballıdır. Əlaqələrimiz bir çox sahələr üzrə inkişaf edir. Burada tam əminliklə demək olar ki, bu əlaqələr şaxələndirilmiş xarakter daşıyır təşəbbüslərin çoxluğu, o cümlədən Azərbaycan tərəfindən humanitar sahənin inkişafına yönələn təşəbbüslər sevindiricidir. Mən bilirəm ki, burada Sizin şəxsi təşəbbüsləriniz vardır. Biz bu gün hamısını müzakirə edəcəyik. Mən əminəm ki, bugünkü görüşümüz münasibətlərimizin inkişafına kömək edəcəkdir. Mənimlə buraya böyük komanda - əməkdaşlığımızın istiqamətləri üzrə aparıcı nazirlər gəlib. Odur ki, işimiz məzmunlu, böyük, maraqlı əhəmiyyətli olacaqdır. Çox sağ olun!

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 14 avqust.- S. 1.