Mərkəzi Seçki Komissiyasının növbəti
iclası keçirilmişdir
Avqustun 13-də Məzahir Pənahovun
sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının (MSK) iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
media və ictimai əlaqələr
şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə MSK-nın avqustun
12-də keçirilmiş iclasının
protokolu təsdiq edilmişdir.
Sonra MSK-nın katibi
Arifə Muxtarova Ümid
Partiyası tərəfindən irəli sürülmüş
İqbal Fehruz oğlu Ağa-zadənin Azərbaycan
Respublikası Prezidentliyinə namizədliyinin təsdiq
olunmasına dair məsələ barədə
məlumat vermişdir. O, qeyd etmişdir ki, Ümid
Partiyasının 2013-cü il 7 avqust tarixli IV (VI)
qurultayının qərarı ilə bu il oktyabrın 9-da keçiriləcək Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
Azərbaycan Ümid Partiyasının sədri
İqbal Fehruz oğlu Ağa-zadənin namizədliyi irəli
sürülmüşdür.
Namizədliyin
irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2013-cü il avqustun 8-də
partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparmış, irəli
sürülmüş namizədliyin təsdiq
edilməsi üçün əsasların
olmasını müəyyən etmişdir.
Komissiya qərara
almışdır ki, 2013-cü il oktyabrın
9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizədliyi Ümid Partiyası tərəfindən
irəli sürülmüş İqbal Fehruz oğlu Ağa-zadənin namizədliyi təsdiq
edilsin.
Sonra Ümid
Partiyasının 12 nəfər səlahiyyətli nümayəndəsi,
2 nəfər isə maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndəsi qeydə
alınmışdır.
Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi
ikinci, 17 saylı Yasamal
üçüncü, 29 saylı Səbail,
45 saylı Abşeron və 113 saylı
Şəki şəhər seçki dairələri
dairə seçki komissiyalarının tərkibində
dəyişikliklər etmişdir.
İclasda cari məsələlərə
də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında beynəlxalq
qurumların, xarici dövlətlərin
ölkəmizdəki səfirliklərinin təmsilçiləri və
kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak
etmişlər.
Azərbaycan. - 2013.- 14 avqust.- S. 4.