2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində aşağıdakı şəxslərin
Azərbaycan Ümid Partiyasının səlahiyyətli
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndəsi kimi qeydə
alınması haqqında Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar
¹ 12/79
2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə
namizəd irəli sürmüş Azərbaycan
Ümid Partiyası 2013-cü il 7 avqust tarixli
IV (VI) qurultayının 4.2.3 və 4.2.5 saylı qərarları
ilə səlahiyyətli nümayəndələr və maliyyə
məsələləri
üzrə səlahiyyətli nümayəndələr təyin
etmiş və həmin şəxslərin
qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim etmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin
şəxslərin qeydə alınması üçün
əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək,
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü
və 52-ci maddələrinə əsasən qərara
alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində aşağıdakı şəxslər
Azərbaycan Ümid Partiyasının səlahiyyətli
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndəsi kimi qeydə
alınsınlar:
1.1. Səlahiyyətli
nümayəndələr:
- Ənvər
Sərdar oğlu Ağazadə;
- Nəsimi
Əhməd oğlu Məmmədli;
- Taleh Məhəmməd oğlu
Əliyev;
- Faiq Həsən oğlu
Əliyev;
- Razı Umudəli
oğlu Abasov;
- Qasım Rəhim
oğlu Həsənov;
- Ruslan Teymur oğlu
Mürsəlov;
- Könül Fəhrad qızı Quliyeva;
- Rəfail
Alı oğlu Tağızadə;
- Aynurə İmran qızı İmranova;
- Səməd
Əbdüləli oğlu Hətəmov;
- Rüfət Habil oğlu Muradov.
1.2. Maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndələr:
- Təbriz Söhrab oğlu Dadaşov;
- Elnurə Zakir qızı Əliyeva.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
13.08.2013
Azərbaycan. - 2013.- 14 avqust.- S. 4.