Qarşılıqlı inametimada söykənən əməkdaşlıq

 

İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın ölkəmizə  rəsmi səfəri münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqlədi

 

Azərbaycanın Avrorada etibarlı tərəfdaş kimi münasibətlərinin ildən-ilə inkişafına çalışdığı ölkələrdən biri İtaliyadır. Rəsmi Bakının Avratlantik məkana inteqrasiyaAvrora Birliyi ilə sıx əməkdaşlıq rrosesində İtaliyanın dəstəyinə xüsusi önəm verməsi təsadüfi olmayıb, bir sıra mühüm tarixigeosiyasi gerçəkliklərlə şərtlənir. İtaliya bu gün dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynamaqla yanaşı, sülhün, əmin-amanlığın qorunub saxlanması rrosesinin fəal iştirakçısıdır.

Azərbaycan müstəqillik qazandıqdan sonra iki dövlət arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranmışdır. Hər iki Avrora ölkəsi arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri İtaliyanın da Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmasıdır. İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci il tarixində tanıyıb, iki dövlət arasında diplomatik münasibətlər 8 may 1992-ci ildə yaradılıb. İtaliya öz səfirliyini Cənubi Qafqaz respublikalarından ilk dəfə 1997-ci ildə Azərbaycanda açıb. İtaliyada Azərbaycan səfirliyi isə 2003-cü ildən fəaliyyət göstərir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün 1992-ci ilin martında yaradılmış Minsk qrupunun ilk sədri İtaliya olub. O zaman İtaliyanın nümayəndəsi Mario Rafaelli münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün bir sıra diplomatik addımlar atıb.

 

 

Tarixi köklərə əsaslanan İtaliya-Azərbaycan əlaqələri

 

İtaliya-Azərbaycan münasibətləri qədim dövrlərdən mövcud olub. Hələ orta əsrlərdə indiki İtaliya ərazisində mövcud olmuş şəhər-dövlətlər Azərbaycandakı Ağqoyunlular, Səfəvilər dövlətləri ilə sıx əlaqələr qurublar. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə də İtaliya və Azərbaycan arasında diplomatik münasibətlər yaradılıb. Həmin vaxt İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərib. Sovet hakimiyyəti dövründə - 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış şəhərlər elan ediliblər. Azərbaycan və İtaliya arasında mədəni əlaqələr həmin vaxtdan daha da sürətlənib.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra iki ölkə arasında əməkdaşlıq uğurla inkişaf etməyə başladı. 25-28 sentyabr 1997-ci ildə ulu öndər Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. İtaliyanın dövlət və hökumət başçıları ulu öndər Heydər Əliyevlə görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər.

Ulu öndər Heydər Əliyevin adıçəkilən ölkəyə səfərindən sonra əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə İtaliya hökuməti nümayəndələrinin Azərbaycana səfərləri ardıcıl xarakter almağa başladı. 1998-2003-cü illərdə İtaliyanın müxtəlif dövlət orqanlarının nümayəndələri Azərbaycana səfərlər ediblər. Tərəflər arasında aparılan danışıqlar və müzakirələr nəticəsində bir çox sahələrdə tərəfdaşlıq məqsədilə müqavilələr bağlanıb. 2001-2002-ci illərdə İtaliya və Azərbaycanın Xarici İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi haqqında razılıqlar əldə edilib.

 

İtaliya-Azərbaycan münasibətlərində yeni mərhələ

 

Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev İtaliya dövləti ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük önəm verir. Ölkə başçısının 24-26 fevral 2005-ci ildə İtaliyaya rəsmi səfəri Azərbaycan-İtaliya tərəfdaşlığının daha da genişləndirilməsinə böyük təkan verdi. Prezident İlham Əliyevin rəsmi səfəri zamanı İtaliya və Azərbaycan arasında gömrük, informasiya, telekommunikasiya, idman, mədəniyyət, bələdiyyə, ədliyyə sahələrində əməkdaşlıqla bağlı yeni sazişlər imzalandı. Əldə edilən razılaşmalar Azərbaycan-İtaliya münasibətlərinin yeni mərhələdə uğurla inkişaf etdiyini bir daha sübuta yetirdi.

2007-ci ilin sentyabrında İtaliya Parlamenti Deputatlar Palatası nümayəndələrinin Azərbaycana səfəri də əlamətdar hadisələrlə yadda qaldı. Dövlət başçısı parlamentarilərlə görüşü zamanı Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirmişdi. Prezident İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə artdığını müsbət hal kimi dəyərləndirmiş və bu səfərin əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Nazırda Azərbaycan və İtaliya ararıcı Avrora strukturlarında yaxından əməkdaşlıq edir, müxtəlif məsələlərdə bir-birinə dəstək verirlər. Rəsmi Roma beynəlxalq və regional təşkilatlarda, habelə maliyyə qurumlarında həlledici səs hüququna malikdironun razılığı olmadan Avrora İttifaqı, Avrora Şurası, NATO kimi beynəlxalq təşkilatların fəaliyyət istiqamətlərində hansısa ciddi dəyişiklik edilə bilməz. İtaliya ölkəmizin Avroranın siyasiiqtisadi həyatında getdikcə daha böyük rol oynayan Avrora Birliyi ilə əlaqələrinin genişlənməsinə ciddi dəstək verir. Eyni zamanda rəsmi Bakı İtaliya ilə bu cür əməkdaşlığın uğurla həyata keçirilməsi üçün konkret addımlar atır.

Rəsmi Roma Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın bütövlükdə Avroranın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, resrublikamızla enerji sektorunda fəal əməkdaşlıq niyyətini izhar edir. İtaliya gələcəkdə enerjiyə artan daxili tələbatlarını Azərbaycandan idxal edəcəyi neft və təbii qaz hesabına təmin etmək, beləliklə, həm də alternativ enerji mənbəyi qazanmaq niyyətindədir. TAP boru kəmərinə dair qərarın verilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu qərar İtaliya və Avropanın böyük bir hissəsi üçün çox vacib əhəmiyyət daşıyır. Bundan başqa, resrublikamızın Avrora İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm geosiyasi əhəmiyyət kəsb edən rroses olaraq İtaliya üçünvacib önəm daşıyır.

İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın Azərbaycana rəsmi səfəri də iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Enriko Lettanın təkbətək görüşü keçirildi. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, mədəniyyət, humanitar və digər sahələrdə uğurlu inkişafından dərin məmnunluq ifadə olundu. Əlaqələrimizin bundan sonra da genişlənməsi üçün yaxşı imkanların olduğu qeyd edildi və əməkdaşlığımızın möhkəmlənəcəyinə əminlik bildirildi.

Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın enerji sahəsində əməkdaşlığa dair birgə bəyannaməsi qəbul olundu. Bəyannamədə "Şahdəniz"in ikinci fazası çərçivəsində çıxarılacaq Azərbaycan qazının TransadriatikTransanadolu təbii qaz boru kəmərləri ilə Avropaya çatdırılmasına dair "Şahdəniz" konsorsiumunun qəbul etdiyi qərarın önəmi qeyd olunub. Bəyannamədə Azərbaycanın İtaliyanın əsas neft təchizatçılarından biri olduğu vurğulanaraq ölkəmizin həmçinin qaz sektorunda da İtaliya üçün önəmli tərəfdaşlardan biri olacağına əminlik ifadə edilib.

Bəyannamədə ölkələrimizin enerji sektorunda institusional əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirilməsi barədə əldə olunmuş razılığın əhəmiyyəti də qeyd olunub. Sənəddə, eyni zamanda, Azərbaycan və İtaliyanın sənaye sahəsini təmsil edən nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi nəzərdə tutulub. Sənəddə, həmçinin, ikitərəfli iqtisadi əlaqələrin sürətləndirilməsi üçün hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının fəaliyyətinin önəmi də qeyd edilib.

Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib: "Bu, tarixi bir səfərdir. İtaliyanın Baş naziri ilk dəfə olaraq Azərbaycana səfər edir. Biz Sizi Azərbaycanda salamlayırıq. Sizin səfərinizə böyük önəm veririk. Bu, ikitərəfli münasibətlərimizin əhəmiyyətini təsdiq edən bir səfərdir. Bu, ikitərəfli münasibətlərimizin müxtəlif aspektlərini müzakirə etmək üçün çox gözəl fürsətdir.

Münasibətlərimiz çox uğurla inkişaf edir. Yaxşı siyasi əməkdaşlığımız vardır və bu səfər məhz onun bariz nümunəsidir. Biz beynəlxalq təşkilatlar çərçivəsində çox fəal əməkdaşlıq edirik. Sıx siyasi təmaslar da əlaqələrimizin şaxələndirilməsində və bütün sahələri əhatə etməsində çox vacibdir. Qeyd edə bilərəm ki, İtaliya bizim əsas ticarət tərəfdaşımızdır. Təbii ki, bu, ilk olaraq neft sahəsi ilə bağlıdır. Ancaq ümid edirəm ki, bu səfər və apardığımız müzakirələr nəticəsində biz ticarət əlaqələrimizi də şaxələndirmiş olacağıq".

Beynəlxalq münasibətlər sistemində xüsusi çəkisi olan İtaliya ilə qarşılıqlı faydalı münasibətlərin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birinə çevrilib. Bu da təsadüfi deyildir - İtaliya bu gün Avroranın ən böyüknüfuzlu dövlətlərindən biri olmaqla yanaşı, həm də demokratik-siyasi mərkəz statusunda çıxış edir. Rəsmi Roma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ilk gündən ədalətli və beynəlxalq hüquq normalarına söykənən mövqe tutmuşdur. İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta ölkəsinin mövqeyini Bakıda bir daha ifadə etdi: "Dağlıq Qarabağ münaqişəsi başlayanda mən universitetdə oxuyurdum, beynəlxalq münasibətlər üzrə təhsil alırdım. Ona görə də mən bu problemlə tanışam. Münaqişə 20 ildən çoxdur davam edir. Bu da çox uzun bir müddətdir. Mən çox gözəl anlayıram ki, bu münaqişənin bundan sonra da belə səmərəsiz davam etməsi nə dərəcədə qorxunc bir fikirdir. İtaliya bu münaqişənin beynəlxalq praktikaya uyğun həlli istiqamətində səylərini əsirgəməyəcəkdir. Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən bir həll olmalıdır. Ənənəvi olaraq biz bu münaqişəyə böyük diqqət yetirmişik. Bizim diplomatlarımız bu məsələni diqqət mərkəzində saxlamışlar və ənənəvi olaraq müxtəlif təkliflər irəli sürülmüş və nəzərdən keçirilmişdir. Gələn il Avropa İttifaqına İtaliya sədrlik edəcəkdir. Bu, bizim üçün  böyük bir məsuliyyətdir. Sizi əmin etmək istərdim ki, biz bu münaqişənin beynəlxalq səviyyədə həllinə nail olmaq üçün əlimizdən gələni edəcəyik".

Əldə edilən nəticələr deməyə əsas verir ki, qloballaşan dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri kimi çıxış edən İtaliya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, resrublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2013.- 14 avqust.- S. 5.