İqtisadi inkişaf
naziri İsmayıllıda vətəndaşları
qəbul edəcəkdir
Avqustun 23-də iqtisadi
inkişaf naziri Şahin Mustafayev
İsmayıllı şəhərində Ağsu,
Qobustan, Şamaxı və
İsmayıllı rayonlarından olan vətəndaşları
qəbul edəcəkdir.
İqtisadi İnkişaf
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, vətəndaşların
qəbulu saat 10:00-dan etibarən Heydər
Əliyev Mərkəzində (ünvan:
İsmayıllı şəhəri, H.Əliyev prospekti, 57) təşkil olunacaqdır.
Qəbula
gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin office@economy.gov.az elektron
poçt ünvanı və 493-51-68,
493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar
(əlaqələndirici şəxs Rövşən Ataşov), nazirliyin pulsuz 195-2 Telefon Məlumat
Mərkəzi, həmçinin nazirliyin
Dağlıq Şirvan regional
bölməsi (ünvan: Şamaxı
şəhəri, H.Əliyev küçəsi, 23, əlaqələndirici
şəxs Azər Qasımov, əlaqə telefonu:(02026)5-10-25,
(050) 395-02-56, elektron poçt
ünvanı: d.shirvan@rambler.ru) vasitəsilə
müraciət edə bilərlər.
Vətəndaşlar
İqtisadi İnkişaf
Nazirliyinin rəsmi internet
və "Facebook" səhifələrində
yaradılmış "İqtisadi inkişaf nazirinin şəhər
və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri
vasitəsilə də qəbula yazıla bilərlər.
Azərbaycan. - 2013.- 14 avqust.- S. 5.