Təhsil naziri xarici ölkələrin
ali təhsil müəssisələrində
müvafiq dövlət proqramı çərçivəsində
təhsil alacaq tələbələrlə
görüşmüşdür
Avqustun 13-də təhsil
naziri Mikayıl Cabbarov
2013-2014-cü tədris ilində xarici
ölkələrin ali təhsil müəssisələrində
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində
təhsil almaq üçün
Azərbaycan Respublikası Prezidenti
yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq
olunmuş 53 tələbə ilə görüşmüşdür.
Təhsil
Nazirliyindən AzərTAc-a bildirmişlər ki,
görüşdə M.Cabbarov azərbaycanlı
gənclərin xaricdə təhsil almağa
göndərilməsi ənənəsinin əsasının ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulduğunu
xatırlatmışdır. Bu ənənənin
uğurla davam etdirildiyini vurğulayan nazir xaricdə təhsil alan
gənclərə xüsusi diqqət
göstərildiyini söyləmişdir.
M.Cabbarov tələbələrə
tövsiyələrini vermiş, onları
vətənpərvərliyə
çağırmışdır.
Azərbaycan. - 2013.- 14 avqust.- S. 5.