Diqqət bir daha Xəzərin
ekologiyasına yönəldildi
Bu dəfə
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi "Xəzər günü"
münasibətilə keçirdiyi tədbirləri
Neftçala rayonunda
yerləşən Xıllı nərə balıqartırma zavodunda yekunlaşdırdı. Tədbirə nazirliyin əməkdaşları,
qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin
nümayəndələri toplaşmışdılar.
"Xəzər
günü" bu dənizin
sahilində yerləşən 5 ölkədə hər il avqustun 12-də qeyd olunur. Bunun
da öz tarixi var. Belə ki, "Xəzər dənizinin dəniz ətraf
mühitinin mühafizəsi haqqında
Çərçivə Konvensiyası" beş
Xəzəryanı dövlətin hökumətləri tərəfindən
ratifikasiya edildikdən sonra
2006-cı ilin həmin günündə
qüvvəyə minib. Konvensiya
Xəzərin sahilində yerləşən dövlətlər
arasında regionda təbiətin
mühafizəsi şərtlərini və müvafiq
təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir. Bu saziş Tehran şəhərində
imzalanaraq təsdiq olunub.
Ona görə "Tehran
Konvensiyası" adı ilə də tanınır.
"Xəzər günü" münasibətilə
Xıllıda keçirilən
tədbirdə Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
nümayəndəsi Könül
Əhmədova toplaşanlara
bütün bunlar barədə ətraflı
məlumat verdi:
- Konvensiya Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin
qarşısının alınmasına xidmət edir. O, eyni zamanda
Xəzərin ətraf mühitinin
mühafizəsi, saxlanması və bərpası məqsədini
daşıyır. Konvensiyada Xəzərin
bioloji sərvətlərinin davamlı və
səmərəli istifadəsinə, ətraf mühitə təsirin
qiymətləndirilməsinə, ekoloji
monitorinqə və elmi tədqiqatlara aid müddəalar da öz əksini tapıb. Sənəd BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə
Xəzəryanı dövlətlərin mütəxəssisləri
tərəfindən hazırlanıb. Konvensiya
mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək
keçirilmiş görüşlər
zamanı davam edib və
2003-cü il noyabrın 4-də Xəzəryanı
ölkələr tərəfindən imzalanıb. Bu, BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə
Xəzər Ekoloji Proqramı çərçivəsində
8 illik hökumətlərarası
danışıqların yekun nəticəsi
idi.
Başqa sözlə, bütün bunlar yüz milyonlarla insanın
sağlamlıq və rifahına xidmət etmək deməkdir.
Odur ki, konvensiyanın
qüvvəyə mindiyi tarixin
"Xəzər günü" kimi qeyd olunması da təsadüfi deyil. Burada əsas məqsəd Xəzər dənizinin
ətraf mühitinin çirklənmədən
qorunması, bioloji ehtiyatlarının
mühafizəsi, bərpası, davamlı və səmərəli
istifadə edilməsi, həmçinin bu
istiqamətdə əhalinin maarifləndirilməsidir.
ETSN
Su hövzələrində bioloji resursların artırılması və
mühafizəsi departamentinin Xıllı
nərə balıqartırma zavodunun direktoru Zaur Salmanov qonaqları salamladı və "Xəzər
günü"nün
məhz müəssisənin kollektivi ilə
birlikdə keçirilməsindən məmnun olduğunu
bildirdi.
O, zavod haqqında ətraflı məlumat
verərək dedi:
- Zavod Dünya Bankı tərəfindən
maliyyələşdirilən "Təxirəsalınmaz ekoloji investisiyalar"
layihəsi çərçivəsində nərəkimilərin
ehtiyatlarının qorunub
saxlanılması məqsədilə 2003-cü ildə tikilib istifadəyə verilmişdir.
Müəssisənin açılışında ölkə
Prezidenti İlham
Əliyev iştirak etmişdir.
Müasir tipli
avadanlıqla təchiz olunmuş zavod əsasən nərə cinsli
balıqların 4 növünün -
bölgə, nərə, kələmo və uzunburun
balıqlarının süni yolla artırılması ilə məşğul
olur. Fəaliyyət göstərdiyi
müddət ərzində müəssisə tərəfindən
ümumilikdə 44 milyon ədəd
müxtəlif növlü nərə cinsli balıq körpələri yetişdirilmiş, standart
ölçü və kütləyə malik olduqdan, yəni, 1-1,2 qrama çatdıqdan sonra
Kür çayının mənsəbinə
buraxılmışdır. Eyni zamanda, təmir-törədici fondunun
yaradılması məqsədilə zavodda
2004-cü ildən elmi-praktik təcrübələr
həyata keçirilir. Hazırda zavod şəraitində süni
yolla alınmış 5000 ədədə
qədər müxtəlif yaş qrupuna mənsub nərə cinsli
balıqlar saxlanılır.
Tədbirdə
eləcə də süni
balıqartırma prosesinin bir
neçə mərhələdən keçildiyi
barədə söhbət açıldı. Müəssisənin
fəaliyyətinin qəbul olunmuş ümumi prinsiplər əsasında qurulduğu bildirildi. Buraya xüsusi balıqovlama vətəqələrindən
törədici balıqların nəqliyyat vasitəsilə zavoda daşınması, cinsi
yetişkənlik həddinə çatmış
balıqların müvafiq hormonal
preparatla inyeksiya ilə
stimullaşdırılması, müxtəlif üsullarla
cinsi məhsulların alınması daxildir. Kürünün
mayalanması və yapışqan maddədən təmizlənməsi,
inkubasiya, sürfələrin və
körpələrin böyüdülməsi də bu proseslərdəndir.
"Xəzər
günü"ndə Xıllı nərə
balıqartırma zavodunda olan
qonaqlar həmçinin müəssisənin sexlərini gəzdilər,
kollektivin üzvləri ilə
tanış oldular, iş
prosesini əayni surətdə
gördülər.
Flora
SADIQLI
Azərbaycan. - 2013.- 14 avqust.- S. 7.