Azərbaycan Diplomatik Akademiyasının
İxtisasartırma Proqramları Texasın nüfuzlu
universitetlərinin nümayəndələri üçün
təlim proqramına başlamışdır
Azərbaycan
Diplomatik Akademiyasının (ADA)
İxtisasartırma Proqramları (ADA Executive
Programme) Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti və AFAZ-nin (Assembly of the Friends
of Azerbaijan) maliyyə
dəstəyi ilə ABŞ-ın Texas
ştatının nüfuzlu universitetlərinin
nümayəndələri üçün
"Azərbaycanşünaslıq " adlı təlim
proqramına
başlamışdır.
ADA-nın kommunikasiya departamentindən AzərTAc-a
bildirmişlər ki, proqramda
Texas Universiteti (Austin, Dallas), Texas Neft və Qaz Assosiasiyası, Hyüston
Universiteti, C.T.Bauer Biznes Kolleci, Texas Dövlət Universiteti
və Texas A&M Universitetinin
professor, tələbə və administrativ heyəti iştirak
edir.
Avqustun 12-dən başlayan
ayın 15-dək davam edəcək proqram çərçivəsində
iştirakçılar Azərbaycanın iqtisadi,
siyasi və ictimai vəziyyəti,
o cümlədən tarix
və mədəniyyəti ilə tanış olmaq
imkanı əldə edəcəklər.
Proqramın təlimçiləri
arasında ADA-nın professor heyəti, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
yüksək rütbəli nümayəndələri və parlament üzvləri olacaqlar.
Kifayət
qədər zəngin və hərtərəfli proqramın
gündəliyinə Azərbaycanın regional
və xarici siyasət prioritetləri,
Dağlıq Qarabağ münaqişəsi,
Avratlantik inteqrasiya, enerji təhlükəsizliyi və Azərbaycanın
bu sahədə əldə etdiyi uğurlar
mövzularında seminarlar da
daxildir.
Təlim
çərçivəsində iştirakçılar, eyni zamanda, Azərbaycanın
tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq
üçün müxtəlif şəhər
və muzey turlarında iştirak
edəcəklər.
Azərbaycan
Diplomatik Akademiyası İxtisasartırma
Proqramının rəhbəri Aygün
Hacıyevanın verdiyi məlumata görə,
2007-ci ildən fəaliyyətə başlayan
ADA-nın ixtisasartırma proqramları bu
günədək 700 azərbaycanlı dövlət qulluqçusu və diplomata,
o cümlədən 120 xarici
dövlət
rəsmilərinə və Bakıda fəaliyyət göstərən
60 şirkətdən 260-dək orta və
baş menecerlərə təlim keçmişdir.
Azərbaycan. - 2013.- 14 avqust.- S. 7.