Erməni silahlı birləşmələri cəbhə xəttində atəşkəs rejimini pozmaqda davam edirlər

 

Ermənistan ordusunun bölmələri avqustun 12-də və 13-də gecə Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Azərbaycan ordusunun respublikamızın Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,  ermənilər Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tap Qaraqoyunlu kəndləri yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.

Düşmən cavab atəşi ilə susdurulmuşdur.

 

Azərbaycan. - 2013.- 14 avqust.- S. 7.