«Qərbi
Çıraq»dan ilin sonunda
hasilata başlanması
planlaşdırılır
"Qərbi
Çıraq" platformasının üst
modulları dənizə yola
salınmağa hazırdır. Əlverişli hava
şəraitindən asılı olaraq onun yaxın vaxtlarda Xəzərdəki
daimi yerinə göndərilməsi və
orada əvvəlcədən
quraşdırılmış dayaq bloku üzərində yerləşdirilməsi
gözlənilir.
Platformadan ilk neftin isə bu ilin
sonunda alınacağı
nəzərdə tutulub.
Keçən ay Prezident İlham Əliyev Bakının Bibiheybət qəsəbəsindəki
ATA ("AMEK-Tekfen-Azfen")
tikinti-quraşdırma sahəsində
yeni platformanın burada inşa edilmiş dayaq bloku ilə tanış olmuşdur və görülən işlərdən
razılığını bildirmişdir.
Qeyd edək ki, "Qərbi Çıraq" platformasının
tikintisi yeni "Çıraq Neft Layihəsi" (ÇNL) çərçivəsində
görülən işlərin
bir hissəsidir.
Yeni platforma "Azəri-Çıraq-Günəşli"
yataqlar blokunda neft hasilatını sabitləşdirməyə və
layların neft verimini maksimuma çatdırmağa kömək
edəcək. ÇNL-nin həyata keçirilməsinə ayrılmış
6 milyard dollar vəsaitdən
4 milyard dolları məhz qurğuların tikintisinə və hasilat quyularının qazılmasına sərf olunacaq.
"Qərbi Çıraq" BP şirkətinin
əməliyyatçılıq etdiyi AÇG yataqlarının
işlənməsinin müqavilə
sahəsində sayca
8-ci platforma olacaq.
Qurğu
bütövlüklə Azərbaycanda,
yerli infrastrukturdan istifadə edilərək tikilib. Onun gündəlik layihə gücünü 25 min ton neft və 6,5 milyon kubmetr qaz təşkil
edir. Platformanın dayaq bloku indiyədək Xəzər
regionunda inşa edilmiş ən ağır dayaq blokudur. Blokun ümumi
çəkisi 18 min 200 ton,
hündürlüyü 185 metrdir.
"Qərbi
Çıraq"ın tikintisinə təxminən 4 min nəfər işçi
cəlb olunmuşdur ki,
bunların da 90 faizə qədəri Azərbaycan
vətəndaşıdır. Platformanın 175 nəfər üçün layihələndirilmiş
yaşayış bloku da
var.
Azərbaycan. - 2013.- 14 avqust.- S. 6.