Məqsəd əsas
ərzaq məhsullarına olan tələbatı
daxili istehsal
hesabına ödəməkdir
Bu
il ölkədə aqrar
sektor üzrə məhsul istehsalının
6-7 faiz artacağı
proqnozlaşdırılır
Aqrar sahənin qeyri-neft
sektorunda xüsusi
çəkisi var. Ölkə əhalisinin
48 faizdən çoxunun əmək fəaliyyəti
və yaşayışı aqrar sektorla bağlıdır. Təsadüfi deyil ki, bu
sektorun inkişafı dövlətin diqqət
və qayğı göstərdiyi mühüm
sahələrdən biridir. Nazirlər
Kabinetinin 2013-cü ilin
birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunmuş iclasında da aqrar sektorun bugünkü vəziyyəti və
qarşıda duran vəzifələr geniş müzakirə edilmişdir.
Qeyd olunmuşdur
ki, yarım ildə kənd təsərrüfatında
məhsul istehsalı təxminən 5 faiz
artıb. Bu da dövlətin
verdiyi dəstəyin nəticəsində
mümkün olub.
Hazırda ayrılan güzəştli kreditlərin
hesabına ölkə ərazisində 13 quşçuluq
fabriki, 2 heyvandarlıq kompleksi,
12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət
emalı, 2 konserv, 7 çörək zavodu tikilir. Bu iri müəssisələrlə
yanaşı, regiondakı sahibkarlar
aldıqları güzəştli kreditlər hesabına kiçik və orta fermer təsərrüfatlarını da inkişaf etdirirlər. Təkcə ötən il
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2419 sahibkarlıq
subyektinə 218 milyon manat
güzəştli kredit verilib
və həmin kreditlərin 83 faizini regionlarda fəaliyyət göstərən sahibkarlar, o cümlədən
fermerlər alıblar. Bundan əlavə, 2003-2013-cü illərdə kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət tərəfindən
birbaşa dəstək məqsədilə
yanacaq və motor
yağlarına, buğda və çəltik
səpininə, mineral gübrələrə,
toxum və tinglərə görə 587 milyon 170 min manat subsidiya ayrılıb.
Həmçinin "Aqrolizinq"
Açıq Səhmdar Cəmiyyətinə kənd təsərrüfatı
texnikalarının, texnoloji
avadanlıqların, mineral gübrələrin,
damazlıq heyvanların alınmasına və ASC-nin
maddi-texniki bazasının gücləndirilməsinə
427 milyon 100 min manat vəsait verilib.
Bütün bunların sayəsində
ötən il kənd təsərrüfatı
üzrə ümumi məhsul
istehsalının dəyəri 4 milyard 844
milyon 600 min manat təşkil edib.
Havaların
əlverişsiz keçməsinə baxmayaraq,
cari ildə də aqrar
sektorda məhsul istehsalı artıb. İlin birinci
yarısında kənd təsərrüfatında ümumi məhsulun dəyəri faktiki qiymətlərlə 2 milyard
122 milyon 995 min manat olub ki,
bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz çoxdur. Bitkiçilik sahəsində 4,5, heyvandarlıqda 5,1 faiz artım qeydə alınıb. Ümumilikdə
cari il aqrar
sektorda ümumi məhsul
artımının təxminən 6-7 faiz
olacağı gözlənilir və indidən demək mümkündür ki, bu rəqəm tam
realdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə,
iyulun 4-ü vəziyyətinə ilkin çəkidə 1607,7 min
ton taxıl məhsulu
yığılıb. Habelə mövsüm
ərzində sahələrdən ötən ilin
müvafiq dövründəkindən çox kartof, tərəvəz,
meyvə və giləmeyvə, tütün
yarpağı toplanıb. Çay
plantasiyalarında yarpaq
yığımı da ötən illə
müqayisədə 4 faiz artıb.
Heyvandarlıqda isə daha yüksək məhsuldarlıq
qeydə alınıb. Bu dövr
ərzində ət, süd, yun, yumurta istehsalı xeyli artıb. Ötən ilin
iyulun 1-i vəziyyəti ilə müqayisədə
qaramalın sayı artaraq 8832,27 min başa çatıb.
Qaramalın 47,9 faizini məhsuldar inək
və camışlar təşkil edir. Yeri gəlmişkən qeyd
edək ki, cari ilin birinci yarısında
kənd təsərrüfatında məhsul istehsalı ötən
ilin müvafiq
dövrünə nisbətən bitkiçilikdə 4,5,
heyvandarlıqda 5,1 faiz artıb.
Məlum olduğu kimi, aqrar sektorda məhsul
istehsalını artırmaq üçün
yeni əkin sahələrinin dövriyyəyə
daxil edilməsi vacibdir.
Həmin əkin sahələrində məhsulun kəmiyyət
və keyfiyyətinin artırılması üçün
meliorasiya tədbirlərinin də böyük əhəmiyyəti var. Artıq şimal
bölgəsində Taxtakörpü su anbarı istismara verilmək
üzrədir. Layihənin həyata keçirilməsi məhsuldarlığın
artmasına səbəb olacaq. Nazirlər Kabinetinin son iclasında
vurğulandı ki, bu,
müstəqillik dövründə qeyri-neft
sektorunda həyata keçirilən ən iri layihədir. Taxtakörpü
su anbarı həm əhalinin, həm də
kənd təsərrüfatının suya
olan tələbatının ödənilməsinə
imkan verəcək. Obyekt
istifadəyə verildikdən sonra minlərlə
hektar torpağın suvarılmaqla əkin
dövriyyəsinə daxil edilməsi də
mümkün olacaq.
Bildirək ki, ilin sonuna kimi bu
nəhəng obyektin istismara
verilməsi nəzərdə tutulub.
Gələn il istifadəyə veriləcək Şəmkirçay
su anbarı isə qərb bölgəsində
minlərlə hektar yeni
əkin sahələrinin istifadə edilməsinə şərait
yaradacaq. Bu iki layihənin həyata
keçirilməsi istər bitkiçilikdə, istərsə
də heyvandarlıqda məhsul istehsalının
artımına böyük təkan verəcək.
İstehsalın artmasından söz
düşmüşkən xatırladaq ki,
son illər 5 min hektar torpaq artıq
dövriyyəyə qatılıb və bu
ərazilərdə məhsuldarlıq hər hektardan
54 sentnerdir. Bu, orta məhsuldarlıqdan 2 dəfə çoxdur.
Yüksək məhsuldarlığa
nail olmaq üçün yeni əkin
sahələrinin dövriyyəyə daxil
edilməsi ilə yanaşı, kənd təsərrüfatı
üçün müasir
maşın və mexanizmlərin alınması da vacibdir. Nazirlər
Kabinetinin 2013-cü ilin
birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vurğulanmışdır
ki, yaxın 3-4 il ərzində
aqrar sektor ən müasir texnika ilə tam təmin olunmalıdır. Çünki
gələcəkdə yeni iri fermer təsərrüfatlarının
yaradılacağı gözlənilir. Söhbət təxminən
10 minlərlə hektar torpaqdan
gedir. Həmçinin mövcud
fermer təsərrüfatları da yeni texnika
ilə təmin edilməlidir.
Ərzaq təhlükəsizliyinə
dünyada bütün
ölkələr xüsusi diqqət yetirir. Bu qlobal
problemin həllinə Azərbaycan dövləti
də həssas yanaşır. Hökumətin son iclasında bu məsələyə
toxunularaq qeyd olunmuşdur ki, Azərbaycanda
son illər ərzində bu
istiqamətdə çox önəmli
addımlar atılmışdır və ölkəmiz bəzi
pozisiyalar üzrə artıq özünü 100 faiz təmin
etmək səviyyəsinə yaxınlaşıb: "Bəzi
pozisiyalar üzrə əvvəlki
dövrlərdə biz özümüzü
100 faiz təmin məsələlərini
həll etdik. Sahibkarlığın
inkişafı dövlət siyasəti, bütün
bu işlərin koordinasiyası, infrastruktur layihələrin icrası və əlbəttə
ki, qeyri-neft sektorunun inkişafı tam
şəkildə ərzaq təhlükəsizliyini təmin
etmək üçün bizə imkan yaradacaqdır".
Son dövrlər aqrar sektorda iri heyvandarlıq kompleksləri yaradılır
və yüksək məhsuldarlığa nail
olunur. Artıq iri
taxılçılıq təsərrüfatlarının
yaradılması istiqamətində də tədbirlər görülür. Nazirlər Kabinetinin
son iclasında qeyd edilmişdir ki, ölkənin
taxıla olan tələbatını tam ödəmək üçün
40-50 iri fermer təsərrüfatının
yaradılması vacibdir. Artıq ilk olaraq yaradılan belə
təsərrüfatlar məhsulun maya dəyərinin
aşağı salınması və məhsuldarlığın
yüksək olması ilə fərqlənir. Belə təsərrüfatlar
əldə etdikləri maliyyə vəsaitləri ilə özünün kənd təsərrüfatı
texnikasına tələbatını ödəyə və istehsal etdiyi məhsulu emal edərək son məhsula
çevirə bilir. Ona
görə də ölkədə kiçik
və orta sahibkarlığın
inkişafı ilə bərabər, iri
taxılçılıq təsərrüfatlarının
yaradılmasına da maraq
böyükdür.
Dövlət
aqrar sektorun ölkənin
sosial-iqtisadi həyatında
oynadığı mühüm rolu bildiyi üçün
bu sahənin inkişafını həmişə
diqqət mərkəzində saxlayır və lazım olan anda qarşıya
çıxan problemi həll etmək üçün operativ qərarlar
qəbul edir. Buna misal olaraq Prezidentin
cari ilin 4 iyul tarixli sərəncamını
misal çəkmək
olar. Məhsul
yığımı zamanı
yaranmış texnika çatışmazlığı ilə əlaqədar Prezidentin Ehtiyat Fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə taxılbiçən
kombaynların alınmasına
15 milyon manat vəsaitin ayrılması
məhz bu sahədəki problemin operativ həllinə istiqamətlənmiş addımdır.
Belə misalların sayını artırmaq da mümkündür və bütün bunlar bir daha göstərir
ki, Azərbaycanda qeyri-neft sektorunun əsas sahəsi olan kənd təsərrüfatına xüsusi
diqqət və dəstək var.
Rüstəm
KAMAL
Azərbaycan. - 2013.- 14 avqust.- S. 6.