Verilən kreditlərin
74 faizə yaxını uzunmüddətlidir
Cari il iyun ayının 1-i vəziyyətinə
ölkənin bank-kredit təşkilatları
tərəfindən iqtisadiyyata 13,8 milyard manatlıq və ya əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz çox kredit vəsaitləri yönəldilmişdir.
Dövlət Statistika Komitəsindən verilən məlumata
görə, kredit qoyuluşunun
33,1 faizi dövlət, 64,3 faizi
özəl banklar, 2,6 faizi
isə bank olmayan kredit təşkilatları tərəfindən
həyata keçirilmişdir. Verilmiş kreditlərin 73,9 faizini
uzunmüddətli kreditlər təşkil etmiş
və əvvəlki ilin eyni
dövrünə nisbətən 33,4 faiz
artmışdır. Ödənilmə vaxtı keçmiş kreditlərin həcmi 768,7 milyon manat olmuşdur.
Azərbaycan. - 2013.- 14 avqust.- S. 6.