Təbii qazla təmin olunan abonentlərin sayı 1,5 milyondan çoxdur

 

"Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlər davam edir.

Avqustun 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 561 min 750-yə çatmışdır ki, onların da 1 milyon 542 min 742-si əhali, 19 min 8-i qeyri-əhali abonentidir. Həmin abonentlərin 679 min

440-ı Bakının, 882 min 310-u regionların payına düşür.

Cari ilin əvvəli ilə müqayisədə abonentlərin sayı 77 min 981 nəfər artmışdır. Ümumilikdə, 1 milyon 561 min 635 abonent (99,99 faiz) sayğaclaşdırılmışdır ki, bunun da 1 milyon 542 min 627-si əhali (99,99 faiz), 19 min 8-i qeyri-əhali (100 faiz) istehlakçılarıdır.

Avqust ayının 1-nə olan məlumata əsasən, əhali abonentlərinin mənzillərində 773 min 758 "smart-kart" tipli sayğac quraşdırılmışdır. İlin əvvəli ilə müqayisədə abonentlərin mənzillərində quraşdırılan belə sayğacların sayı 157 min 752 ədəd artmışdır.

 

Azərbaycan. - 2013.- 14 avqust.- S. 6.