Elektron ticarətdən
istifadə edənlərin
sayı artır
İlin yanvar-iyul aylarında pərakəndə ticarət
bazarında əhaliyə
10,7 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz
çox müxtəlif
istehlak malları satılmışdır.
Dövlət Statistika Komitəsindən
verilən məlumatda
qeyd edilir ki, istehlak mallarının
52,1 faizini ərzaq, 47,9 faizini qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının
xüsusi çəkisi
4,5 faiz bəndi artmışdır.
Yanvar-iyul aylarında
elektron pərakəndə ticarət
dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə
artaraq 1,3 milyon manat təşkil etmişdir.
Əhali onlayn rejimi
vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 86,1 faizini
hüquqi, 13,9 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən
almışdır. Elektron ticarət
dövriyyəsinin 92,8 faizini qeyri-ərzaq
malları təşkil etmişdir.
Azərbaycan. - 2013.- 14 avqust.- S. 6.