Bərdə rayonunda mal-qaranın cins tərkibi yaxşılaşdırılır

 

Bərdə rayonunda mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilir.

Heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanmasına diqqət artırılır. Belə ki,  ilin əvvəlindən rayon üzrə 1390 baş inək və düyə süni yolla mayalanmış, 838 baş sağlam cins buzov alınmışdır. Bundan əlavə, "Aqrolizinq" ASC vasitəsilə rayona 435 baş cins mal-qara gətirilmişdir.

Həmçinin Sahibkarlığa Kömək Milli Fondundan alınmış güzəştli kredit hesabına rayonun Mehdili kəndində 2000 başlıq ətlik və 1000 başlıq südlük istiqamətli cins heyvandarlıq komplekslərinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.

 

Azərbaycan. - 2013.- 14 avqust.- S. 6.