Rusiya Federasiyasının
Prezidenti Vladimir Putinin
Azərbaycan Respublikasına
səfəri
Dağüstü parkla
tanışlıq
Avqustun 13-də axşam
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin Dağüstü parkda olmuşlar.
Dövlət
başçıları bu yaxınlarda
yenidənqurmadan sonra istifadəyə verilən
Dağüstü parkı gəzdilər.
Bu gün
Bakıda yenidənqurma və abadlıq işləri sürətlə
davam etdirilir. Nəticədə
şəhər daha da
gözəlləşir. Yenidən qurulan Dağüstü park da indi paytaxt
sakinlərinin və şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından birinə çevrilmişdir. Bu parkdan paytaxtımıza və Bakı
buxtasına ecazkar mənzərə
açılır.
Azərbaycan Prezidenti İlham Əliyev
və Rusiya Prezidenti Vladimir Putin Dağüstü parkdan
Bakının mənzərəsini seyr
etdilər.
AzərTAc
Azərbaycan. - 2013.- 15 avqust.- S. 1.